Tovuz — Azərbaycan Respublikasının Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər, Tovuz rayonunun inzibati mərkəzi.
1947-ci ildə rayon tabeli şəhər statusu almışdır.Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
Toponimikası Şəhərin adı yazılı mənbələrdə ilk dəfə 827-ci il hadisələri ilə əlaqədar çəkilib. Erkən orta əsrlərdə alban qalalarından biri də Tavuş qalası idi. XII–XIV əsr mənbələrində Tavuş, Tavus, Tavuz, Taus, Tauz, Tus kimi qeyd olunmuşdur. Tovuş çayının (Tovuz çayının qolu) sağ sahilində hündür dağın başında Tovusqala adlı qədim abidə mövcuddur. Həmin qalanın xarabalığı indiki Ermənistan ərazisindədir. Qala öz adını çayın adından almışdır. İndiki yaşayış məntəqəsi XIX əsrdə salınmış dəmir yolu stansiyası əsasında formalaşmışdır. Stansiya isə sahilində yerləşdiyi çayın adı ilə adlanmışdır.
Tovuz toponiminin yayılma arealı olduqca genişdir. Başqırdıstanda Tovuş adlı çay və kənd, Qazaxıstanda Toüs, Perm vilayətində Tauş, Cənubi Azərbaycanda Taus yaşayış məntəqələri mövcuddur. Bəzi tədqiqatçılara görə, toponim qədim türk dillərində "səsli–küylü" mənasında işlədilən taus sözü ilə bağlıdır. Digər tədqiqatçılar isə onun tov/tav/toy/tau (dağ) və uz/us (zirvə, yüksəklik və s.) sözlərindən ibarət olduğunu göstərirlər. Toponimi həmçinin tayfa adı, "zəif, ensiz su" mənasında işlənən qovuş xalq coğrafi termini və s. ilə bağlayanlar da var. Ermənistanın Şəmsəddin rayonunda eyniadlı çay mövcuddur.
Tarixi Tovuz yaşayış məntəqəsi kimi 1812-ci ildə alman köçkünləri (kolonistləri) tərəfindən salınmış və Traubenfeld adlandırılmışdır (alm. Traubendfeld — "Üzüm sahəsi"). 1941-ci ildə almanlar deportasiya olunmuş, qəsəbənin adı dəyişdirilmişdir. Tovuz 1935-ci ildən şəhər tipli qəsəbə, 1947-ci ildən şəhər statusunu alıb.
Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.
Tarixi abidələri Tovuz şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1790Şiş Quzey düşərgəsiPaleolitTovuz şəhərindənqərbdəArxeolojiÖlkə1791KurqanTunc dövrüTovuz şəhərindən2 km. cənub-şərqdəArxeolojiÖlkə1792Birtağlı körpüX əsrTovuz şəhəri,Tovuz çayının üzərindəArxeolojiÖlkə1793Karvansara qalıqlarıXIV əsrTovuz şəhəriArxeolojiÖlkə1794Torpaqqala yaşayış yeriIII-VII əsrlərTovuz şəhərindən 12 km. aralı,Kür çayının sağ sahilindəArxeolojiÖlkə1805KəhrizXIX əsrTovuz şəhəriArxeolojiÖlkə51782 mərtəbəli yaşayış evi1880-ci ilTovuz şəhəriMemarlıqYerli5179Suvarma qülləsiXIX əsrTovuz şəhəriMemarlıqYerli5180Yaşayış eviXIX əsrTovuz şəhəri,Kəhriz küçəsi, 40MemarlıqYerli5181Sement zavodunun binası1912-ci ilTovuz şəhəriMemarlıqYerli5700Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsiQeyd olunmayıbTovuz şəhəri,Sabir küçəsiMonumental və xatirəYerli6044Əvəztəpə qalasıOrta əsrlərTovuz şəhərindən 1 km şərqdə,dəmiryolunun yanındaArxeolojiYerli6045ŞəhərgahOrta əsrlərTovuz şəhərindən4 km cənubdaArxeolojiYerli6046Qala düzüOrta əsrlərTovuz-Yevlax dəmir yolununsağ tərəfindəArxeolojiYerli6047NekropolXVI-XVIII əsrlərTovuz şəhəriArxeolojiYerli
Coğrafiyası və iqlimi Şəhər Tovuz çayının sahilində, Gəncə–Qazax düzənliyində yerləşir. Bakı ilə arasında məsafə 439 km-dir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199912824605367712009↗13520↗6431↗7089
İqtisadiyyatı Şəhərdə sement, asfalt, konserv, şərab zavodları, yağ–pendir kombinatı yerləşmişdir.
Mədəniyyəti Şəhərdə Tovuz Tarix–Diyarşünaslıq Muzeyi, Tovuz rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, 1 №-li, 2 №-li və 3 №-li şəhər kitabxana filialları, Rayon Mədəniyyət Evi, 2 №-li və 3 №-li şəhər klubları, Tovuz Dövlət Rəsm Qalereyası, "Şəfəq" kinoteatrı, Tovuz rayon Mədəniyyət və istirahət parkı, Müştəri Xidmətləri Poçt Şöbəsi (AZ6000), Şəhər-1 poçt şöbəsi (AZ6001) və Şəhər-2 poçt şöbəsi (AZ6002) fəaliyyət göstərir.
İdman 1956-cı ildə şəhərin eyniadlı "Tovuz" (Товуз) klubu Azərbaycan SSR Çempionatında iştirak edib, amma final mərhələsinə yüksələ bilməyib.
"Turan" İK və futbol akademiyası Tovuz şəhərini təmsil edir. "Turan" PFK ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.
Təhsil Şəhərdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbi, Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbi, M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbi, Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbi, Nəsrəddin Tusi adına Tovuz şəhər tam orta məktəb–liseyi, eləcə də Uşaq Gənclər İnkişaf Mərkəzi, Uşaq Gənclər İdman — Şahmat məktəbi, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi və Tovuz şəhər Aşıq Ə. Rzayev adına Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.
Bundan başqa şəhərdə Tovuz şəhər 1 №-li körpələr evi–uşaq bağçası, Tovuz şəhər 2 №-li körpələr evi–uşaq bağçası, Tovuz şəhər 3 №-li körpələr evi–uşaq bağçası, "Qərənfil" şəhər körpələr evi–uşaq bağçası, Tovuz şəhər 5 №-li körpələr evi–uşaq bağçası, Tovuz şəhər 6 №-li körpələr evi–uşaq bağçası, Tovuz şəhər 7 №-li körpələr evi–uşaq bağçası, "Bənövşə" şəhər körpələr evi–uşaq bağçası və "Lalə" şəhər uşaq bağçası fəaliyyətdədir.
Din Şəhərdə Tovuz rayon məscidi yerləşir.
Səhiyyə Şəhərdə Tovuz Rayon Mərkəzi Xəstəxanası və Tovuz MRX-nın TTTY şöbəsi yerləşir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun şəhərləri Kateqoriya:Azərbaycanda protestantlıq