() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir.
Botaniki təsviri Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır.
Ekologiyası Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir. Dağlarda 1500 m-dək hündürlüyə qalxır. İşıqsevən, quraqlığa davamlı, şaxtaya davamsız bitkidir.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi Bu növün oduncağı maşınqayırmada, dülgər işində və s. istifadə edilir. Meşələrdə çöl qoruyucu, eroziyaya qarşı, yaşıllaşdırmada, canlı hasarlarda istifadə etmək üçün yararlıdır.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər