Fuad Abbasov () — Azərbaycan jurnalisti.
Həyatı Fuad Abbasov 1976-cı il dekabr ayının 15-də Bakı şəhərində doğulub. 1990-cı illərdə İstanbul Universitetinin jurnalistika fakultetini bitirib.
Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu.
Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.
Rusiyadan deportasiyası Fuad Abbasov 2019-cu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Moskva Şəhər Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib.
İyunun əvvəlində Moskva Apellyasiya məhkəməsi birinci institutiyası məhkəməsinin qərarını qüvvədə saxlayıb. Jurnalist saxlanarkən təzyiqlərə məruz qalıb. İyunun 19-da Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində 12 gündür aclıq edən Fuad Abbasov aksiyanı dayandırıb.
İyunun 25-də Azərbaycanın yerli saytlarının məlumatına görə, jurnalist Fuad Abbasovu gətirən təyyarə təqribən saat 23: 10 radələrində Bakıya enib. Verilən məlumata görə, Fuad Abbasov Azərbaycannın Rusiya Federasiyasındakı səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Moskva-Bakı reysi ilə yola salınıb.
İstinadlar
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:"Vətən Övladı" ordeni laureatları Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Azərbaycan jurnalistləri