1975 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 20-ci Avroviziya Mahnı Müsabiqəsidir. Dünyaca məşhur ABBA qrupunun ifa etdiyi "Waterloo" mahnısı ilə 1974 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1975-ci ildə İsveç müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Stokholm şəhərində Stockholmsmässan arenasında keçirilmişdir. Müsabiqə 1975-ci ilin 22 mart tarixində baş tutmuşdur.

1975-ci ildə Türkiyə Avroviziyaya ilk dəfə qoşuldu. Yunanıstan isə Türkiyənin müsabiqədəki iştirakına etiraz olaraq Avroviziya 1975-də imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. Eyni zamanda Fransa bir illik, Malta isə iki illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə Niderland təmsilçiləri olan Teach-In qrupu ifa etdikləri "Ding-a-Dong" adlı mahnı qalib gəlmişlər. Bu Niderlandın Avroviziyada dördüncü qalibiyyəti idi.

Final № Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 İngiliscə Teach-In "Ding-A-Dong" Dinq-Donq 1 152 02 İngiliscə The Swarbriggs "That's What Friends Are For" Dostlar məhz bunun üçündür 9 68 03 Fransızca Nikol Riyo "Et bonjour à toi l'artiste" Sənində sabahın xeyir, sənətkar 4 91 04 Almanca, İngiliscə Coy Fleminq "Ein Lied kann eine Brücke sein" Mahnı körpü ola bilər 17 15 05 Fransızca Jeraldin "Toi" Sən 5 84 06 İngiliscə Ellen Nikolaysen "Touch My Life (With Summer)" Həyatıma toxun (Yay ilə) 18 11 07 Almanca Simone Dreksel "Mikado" Mikado 6 77 08 Slovencə Pepel In Kri "Dan ljubezni" Sevginin günü 13 22 09 İngiliscə The Shadows "Let Me Be The One" İcazə ver mən o olum 2 138 10 İngiliscə Renato "Singing This Song" Bu mahnını oxuyaraq 12 32 11 Niderlandca, İngiliscə Ann Kristi "Gelukkig zijn" Xoşbəxt olmaq 15 17 12 İvritcə Şlomo Artzi "At Va'Ani" (את ואני) Sən və mən 11 40 13 Türkcə Semiha Yankı "Seninle Bir Dakika" Səninlə bir dəqiqə 19 3 14 Fransızca Sofi "Une chanson c'est une lettre" Mahnı bir məktubdur 13 22 15 İngiliscə Pihasoittajat "Old Man Fiddle" Qoca skripkaçı 7 74 16 Portuqalca Duarte Mendeş "Madrugada" Sübh 16 16 17 İspanca Serxio və Estibalis "Tú volverás" Qayıdacaqsan 10 53 18 İngiliscə Lasse Berqhaqen "Jennie, Jennie" Cenni, Cenni 8 72 19 İtalyanca Uess və Dori Qeççi "Era" Budur 3 115

Nəticələr Səsvermə nəticələri Cəmi Niderland 152 8 5 8 10 12 6 8 12 12 3 12 4 10 10 7 12 12 1 İrlandiya 68 6 6 4 7 1 6 4 12 1 4 3 10 4 Fransa 91 8 12 3 8 7 2 7 1 7 12 8 8 8 Almaniya 15 8 3 4 Lüksemburq 84 12 10 3 7 3 5 6 5 5 8 6 4 10 Norveç 11 2 2 7 İsveçrə 77 7 2 10 6 2 1 5 6 8 7 5 4 2 12 Yuqoslaviya 22 3 4 2 5 1 7 Böyük Britaniya 138 4 3 12 10 12 7 8 12 8 10 10 12 7 5 10 5 3 Malta 32 1 8 5 2 4 2 7 1 2 Belçika 17 5 7 3 2 İsrail 40 10 1 1 1 1 5 2 1 1 6 3 6 2 Türkiyə 3 3 Monako 22 3 4 2 1 2 2 3 5 Finlandiya 74 5 12 6 10 12 5 4 8 8 1 3 Portuqaliya 16 2 12 2 İspaniya 53 7 5 3 5 4 4 4 3 4 8 6 İsveç 72 7 7 8 1 6 7 2 3 8 6 6 6 5 İtaliya 115 6 4 4 3 6 10 10 10 10 6 5 10 1 12 10 7 1

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1975-ci ildə İsveç