Azərbaycan mübarizə yolunda () — Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş 13 bölmədən ibarət əsəri. Əsərdə Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhuriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir. Haqqında Məhəmməd Əmin Rəsulzadənin yazdığı “Azərbaycan mübarizə yolunda” kitabı 1930-cu ildə Parisdə fransız dilində çap edilib. 2019-cu ildə kitab ilk dəfə Azərbaycan dilində nəşr olunub. Kitabın tərcüməçisi Tural Mehbaliyevdir. Əsər 13 bölmədən ibarətdir. Kitab Avropa oxucusu üçün nəzərdə tutulduğuna görə, Rəsulzadə Azərbaycan ədəbiyyatından, fəlsəfəsindən bəhs edərkən Füzuli ilə Şekspiri, Axundzadə ilə Molyerin adlarını müqayisəli şəkildə çəkir, Mirzə Şəfinin alman filosof və şairi Bodenştedtin müəllimi olduğunu vurğulayır. Azərbaycan teatrında isə qərb müəlliflərinin əsərlərinin oynanıldığını yazır:

1930-cu illərin əvvəllərində Azərbaycanda ruslara qarşı böyük kəndli hərəkatı başlamışdı. Rəsulzadənin əsərinin əsas qayəsi də bu hadisə ilə bağlıdır. Sovet dönəmində bu hərəkat haqqında bilgilər gizlədilsə də, mühacirət mətbuatında, xüsusilə də, “Odlu Yurd” dərgisində və “Bildiriş” qəzetində bu barədə kifayət qədər maraqlı məlumatlar var. Azərbaycanın demək olar ki, bütün bölgələrini bürüyən bu hərəkat qarşısında bolşeviklər bir müddət mübarizə apara bilmədilər. Amma bu fakt işğaldan 10 il ötməsinə baxmayaraq əhalinin mövcud rejimi qəbul etmədiyini göstərirdi. Rəsulzadə haqlı olaraq əsərində yazır:

Kitab Parisdə fransızca çap olunduğu üçün həm də çağdaş dünyaya ünvanlanıb. Təsadüfi deyil ki, Rəsulzadə Azərbaycan xalqının mübarizəsi haqqında bilgi verdikdən sonra yekunda yazır:

Həmçinin bax Əsrimizin Siyavuşu Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri Odlu Yurd

İstinadlar

Kateqoriya:Məhəmməd Əmin Rəsulzadənin əsərləri Kateqoriya:1930-cu ilin əsərləri