Santa-Mariya-del-Fiore kafedralının fasadı () — Florensiya kafedralının inşaatı tarixində ən mübahisəli məsələlərdən biridir. İnşasına Arnolfo Di Kambio tərəfindən başlamış fasad, XV əsrə kimi müxtəlif heykəltəraşlar tərəfindən hazırlanmış heykəllər tərəfindən bəzədilsə də, 1587-ci ildə həmin fasad sökülmüşdür. Bundan sonra dəfələrlə müxtəlif memarlar tərəfindən layihələr təqdim edilməsi və müsabiqələr təşkil olunmasına baxmayaraq, XIX əsrə kimi Florensiya kafedralının fasadı inşa edilməmişdir. XIX əsrdə Santa-Mariya-del-Fiore kafedralını fasadı Emilio de Fabrisin layihəsi əsasında inşa edilmişdir. Abidənin fasadının sökülməsi və yeni fasadın inşası ilə bağlı elmi mübahisələr davam etsə də, hazırkı fasad İtaliyada neoqotika memarlığının ən yaxşı nümunələrindən biri hesab edilir.
Arnolfonun fasadı Tarixi
Arnolfonun fasad üzərində nə vaxtdan işləməyə başlaması haqqında sənədlər olmasa da, arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, fasadın inşasına daha erkən dövrdə - XIII əsrdə başlanılmışdır. Bu ilkin fasad qədim Santa-Reparta kilsəsində ibadətin davam etdirilməsi üçün binanı yararlı hala gətirmək məqsədi ilə inşa edilmişdi.
Arnolfinin fasad layihəsinin tikilinin bütün fasadını əhatə etməsi haqqında dövrümüzə heç bir çetyoj və ya sənəd çatmasa da, onun işini dava etdirən memarlar fasad inşası işini portaldan on metr yuxarı qaldıra bilmişdir. Florensiya bələdiyyəsinin Arnolfonu vergi ödənişlərindən azad etməsi onun fasad üzərində əhəmiyyətli dərəcədə işləməsini göstərən faktlardan biridir: belə ki, böyük sənətkarların yaşayıb fəaliyyət göstərdiyi dövrdə hökumət heç də hər adama bu cür imkan yaratmırdı. Arnolfonun fasad üzərində işi tamamlamadığını nəzərə alsaq, onun təqdim etdiyi layihənin valehedici olduğunu ehtimal etmək olar. Binanın fasadının təməlində aparılmış qazıntılar zamanı əldə edilmiş materiallar XIV əsrdə Cotto dövründə fasadın inşası ilə bağlı işlər aparıldığını ehtimal etməyə əsas verir. Həmin fasadın bəzi təsvirləri, o cümlədən Locciya-del-Biqallodakı Mərhəmət Madonnası, Santa-Kroçe muzeyindəki XV əsr freskası və Bernardino Pokçettinin ətraflı çertyoju dövrümüzə çatmışdır. Florensiyadakı Müqəəddəs Mark monastırının San-Antonio kluatrasının XVII əsr lunet freskalarının müəllifi həmin çertyojdan ilhamlanmışdır.Touring, cit., p. 155.
Heykəl bəzəkləri 320px|thumb|right|Arnolfo Di Kambionun fasadının Florensiya kafedralının muzeyində yaradılmış rekonstruksiyası İlk fasadın dövrümüzə çatmış qalıqlarıından məlumdur ki, onun dizaynında rəng dominant element olmuş, dizayn zamanı rəngli mərmərlər vasitəsiylə işlənmiş kosmatik naxışlar və çoxlu sayda heykəllərdən istifadə edilmişdir. Bir qayda olaraq qotik memarlıq ənənələri əsasında işlənən vertikal xətt Arnolfo tərəfindən daha klassik formalarda işlənmiş, həmçinin şimal ölkələri üçün xarakterik olan daha sərt ucluqlu tağlardan istifadə olunmuşdur.Mandragora, cit., p. 24.
Arnolfonun fasadını bəzəmiş heykəllərin əksəi bu gün Florensiya kafedralı muzeyində saxlanılır. Birinci qatın portal-lunetləri və heykəl qrupları heç bir şübhəsiz Arnolfonun özü tərəfindən işlənmişdir. 2005-ci ildə Kafedral muzeyində nümayiş etdirilmiş və Erika Neri və Silviya Moretti tərəfindən hazırlanmış köhnə fasadın yenidənqurma maketindən görünür ki, fasadı üç portal üzərində asılan böyük portallar ilə xarakterizə etmək olar. Onların üzərində açıq qalereyanı imitasiya edən sərt künclü reestr yerləşirdi; Kosmati stili Florensiya üçün yenilik olsa da, Arnolfo Romada çalışdığı vaxt mozaika ustaları ilə yaxın ünsiyyətdə olmuşdu və bu ailə üslubu ilə tanış idi.
Poççetti dizaynı və Arnolfo trəfindən işlənmiş VIII Bonifasinnin heykəli arasında yerləşən dyakon, bu gün başsız şəkildə şəxsi Florensiya kolleksiyasında saxlanılır.Mandragora, cit., p. 26. Arnolfino studiyasına aid olan və kafedral muzeyində saxlanan iki peyğəmbər heykəli 1310-cu ilə aid olmaqla ya mərkəzi hissə, ya da sol portalı bəzəmişdir. Onlar klassik memarlığın ən yaxşı nümunələri əsasında işlənməklə, Konstantinin zəfər tağını bəzəyən əsirlərin təsvirini xatırladır.Mandragora, cit., p. 29. 180px|thumb|left|Arnolfo Di Kambio - Şüşə gözlü Madonna, 1300-1305, Florensiya kafedralının muzeyi. Portalların üç luneti Məryəm və körpəyə həsr edilmiş heykəllər silsiləsi ilə bəzədilmişdi: solda Bakirə Məryəmin doğulması, mərkəzdə Madonna və körpə müqəddəslərin əhatəsində, sağda isə Bakirənin ölümü təsvir edilmişdi. Berlinin Bode muzeyində saxlanan heykəllər qrupundan başqa, lunetləri bəzəyən bütün heykəllər kafedral muzeyində saxlanılır. Arnolfo, kifayət qədər incə daşlardan istifadə etsə də, heykəllərə plastiklik və yumşaqlıq vermək üçün bütün ustalığından istifadə etmişdir. Ehtimal edilir ki, onlara aşağıdan baxdıqda trompe l'oeil effekti (heykəl və rəsmərin üç ölçülü dekorasiyada birləşdirilməsini nəzərdə tutan bu effekt, Cottonun bəzi freskalarında da rast gəlinir) yaranırdı.
Əsas portalın yanlarındakı yuvalarda yerləşdirilmiş səkkiz müqəddəsin heykəli də hazırda kafedral muzeyində saxlanılır. 1387-1390-cı illərdə hazırlanmış həmin heykəllərin müəllifi Pyero di Covanni Tedeskodur.Mandragora, cit., pp. 30-31. O, həmçinin 1386-cı ilə aid edilən və kafedral muzeyində sərgilənən iki musiqiçi mələk heykəlinin müəllifidir.Mandragora, cit., p. 39.
İkinci qatda əsas portalın yanlarında xüsusilə Florensiya yeparxiyası tərəfindən qeyd edilən dörd böyük müqəddəsin heykəli yerləşdirilmişdir. Hər müqəddəs heykəlini isə iki mələk heykəli müşayiət edirdi. Bu dörd müqəddəs heykəlindən ikisi Florensiya kafedralının muzeyində (Müqəddəs Vittore və Müqəddəs Barnabanın başsız heykəli; birinci heykəl ehtiml ki, gənc Nanni di Banko, ikincisi isə Pyero di Covanni Tedesko tərəfindən işlənmişdir), digər ikisi isə Luvr muzeyində (Müqəddəs Stefano və Müqəddəs Lorenzo; hər iki heykəl Pyero di Covanni Tedeskoya aid edilir) nümayiş etdirilir.Mandragora, cit., p. 32.
Kontrforsların dörd yuxarı nişində olan kilsə atalarının heykəlləri hamısı kafedral muzeyində saxlanılır: onlardan Müqəddəs Aqostino və Müqəddəs Qreqorio heykəlləri Nikkolo-di-Pyero Lamberti, Müqəddəs Ambroco və Müqəddəs Coralamo heykəli Pyero-di-Covanni Tedesko (təxm. 1396-1401); İmperiya təpəsi villasından söküldükdən sonra onlar, Homer, Vergili, Dante və Petrarkanın portretləri ilə əvəzlənmişdir.Mandragora, cit., p. 33.
1408-1415-ci illərdə mərkəzi portalın yan nişləri üçün nəzərdə tutulmuş dörd oturan yevangelistin heykəlləri işlənmişdir; Həvari Luka heykəli Nanni di Banko, Həvari İohann heykəli Donatello, Həvari Matfey heykəli Bernardo Kuffani, Həvari Mark heykəli isə Nikkolo di Pyero Lamberti tərəfindən yaradılmışdır. Bu heykəllərdə fasadı bəzəyən digər heykəllərlə müqayisədə fərqli stilistik xüsusiyyətlər müşahidə olunur ki, bu da beynəlxalq qotikanın İntibah incəsənətinə təsirini göstərir; ilk iki heykəl təmtəraqlı soyuqqanlığı ilə seçilir. Digər iki heykəl isə yüksək keyfiyyətlə hazırlansa da, kənarların ritmik əyilmələri, xüsusilə Pyeronun işini qabarıq şəkildə diqqətə çarpdırır.Mandragora, cit., p. 34 e seguenti.
600px|center|thumb|Əsas portalın arxitavrının qalıqları
Sökülməsi və yeni layihələr 230px|thumb|left|Françesko və Benedetto Buloni qardaşları tərəfindən Santa-Mariya-del-Fiore kafedralı üçün hazırlanmış fasad layihəsi Covanni Mediçinin sifarişi ilə qismən dəyişdirilərək Bolsenadakı Santa-Kristina kilsəsinə tətbiq edilmişdir. Santa-Mariya-del-Fiore kafedralının fasadı əsrlər boyunca Florensiya yepiskopluq kompleksinin həll edilməmiş problemlərindən biri olaraq qalmışdır; yarımçıq daş fasad dövrün memarlıq şah əsərləri ilə əhatə olunmuş, rəngarəng mərmərlərdən olan donu ilə ümumi ansambldan əhəmiyyətli dərəcədə fərqlənirdi. 1491-ci ildə Möhtəşəm Lorenzo kafedralın fasadının tamamlanması üçün müsabiqə elan etsə də, qısa müddət sonra layihə daha əlverişli dövrə kimi təxirə salınmışdır. Françesko və Benedetto Buloni qardaşları tərəfindən hazırlanmış fasad layihəsi 1492-1494-cü illərdə Lorenzonun oğlu kardinal Covanni Mediçinin sifarişi ilə qismən dəyişdirilərək Bolsenadakı Santa-Kristina kilsəsinə tətbiq edilmişdir.
1494-cü ildə Florensiyadan qovulmuş Pyero Mediçinin qardaşı olan Papa X Levin 1515-ci ildə şəhərə gəlməsi şərəfinə kafedralın fasadı binar ordenlər, həmçinin Yakopo Sansovino və Andrea del Sartonun heykəllərini imitasiya edən qabartmalarla bəzədilmişdir (Vazarinin təsvirinə əsasən).
1587-ci ildə saray memarı olan Bernardo Buontalentiyə kilsənin fasadını mərmər və heykəllərdən tamamilə təmizləyərək manyerizm üslubunda rənglənmiş kərpic fasadla əvəz etmək sifariş olunur. Fasadın sökülməsi 21 yanvardan 9 iyula kimi davam etdirilmişdir. Proses əvvəldən axıra kimi müəllifi naməlum olan tarixi mənbədə təsvir edilmişdir. 1757-ci ildə Cüzeppe Riçe tərəfindən Françesko Rondinellinin qəzetində nəşr edilmiş həmin mənbədə hadisə şahidinin təəssüf dolu hissləri əksini tapmışdır: “Heç bir mərmər hissəsinin tam sökülməsi mümkün olmadı, sütunlara kimi, onların hamısı sındırıldı; bu çox kədərli və təəssüfləndirici səhnə idi.”Mandragora, cit., p. 23. Hökmdarın nəyə görə belə qərar verməsi məlum olmasa da, bunun 1586-cı ildən sonrakı əziyyətlərdən fikir yayındırmaq üçü ictimai iş həyata keçirmək siyasətnin tərkib hissəsi olacağı ehtimal edilir; bəzi tədqiqatçılar isə saray memarı Buontalenti və kafedral rəhbəri Benedetto Uquççoninin məbədə yeni sima bəxş etmək istəyinin təsirli ola biləcəyini qeyd edirlər. Belə ki, bir neçə il sonra Buontalentinin layihəsi əsasın Florensiyanın başqa bir qədi məbədi olan Müqəddəs üçlük kilsəsinin də fasadı yenilənmişdi.
Həmin il fasadın inşası üçün təşkil edilmiş müsabiqədə dövrün ən böyük rəssam və memarları iştirak edərək taxta model və çertyojlar hazırlayırlar. Müsabiqəyə təqdim edilmiş bütün müəlliflərin layihələri hazırda kafedral muzeyində nümayiş etdirilir. Müsabiqədə iştirak edən Covanni Antonio Dosio, Don Covanni Mediçi, Bernardo Buontalenti (iki layihə ilə təmsil olunur), Siqoli və Cambolonyanın işlərində bu və ya digər dərəcədə Mikelancelodan təsirlənmişdilər. Buontalenti və Siqolinin üç orderli layihəsindən fərqli olaraq bütün layihələr iki orderli tərtib edilmiş, heykəllər, relyeflər və rəsmlərdən təşkil olunmuş zəngi dekorativ xüsusiyyətlərə malik olmuşdur. Lakin, 19 oktyabrda böyük hersoqun elektrk cərəyanı vurması nəticəsində ölməsindən sonra onun başlatdığı bütün layihələr təxirə salınmışdır. XVII əsrdə II Ferdinand Mediçi fasadın inşası layihəsini bərpa etsə də, yeni müsabiqə başlatmamış, 1587-ci ildə Covanni Antonio Dosio tərəfindən işlənmiş layihənin həyata keçirilməsinə qərar vermişdir; bu qərar mütəxəssislər və vətəndaşlar arasında o qədər böyük narazılıqlar dalğası yaradır ki, 1639-cu ildə Sənət və Dizayn Akademiyası kafedralın fasadı üçün yeni layihə hazırlayır.Mandragora, cit., p. 162. Üç səviyyəli olan həmin layihə kafedralın memarı Cerardo Silvaniyə təhvil verilmiş və inşaat işlərinə başlanılmışdır. Lakin, Silvani və akademiyanın prezidenti Covanni Battista Pyreatti arasında yaranmış mübahisəyə görə tezliklə işlər dayandırılır. Bundan sonra əldə olan fasad layihələrindən heç birinin kilsənin qotik strukturu və intibah dövrü günbəzi ilə, həmçinin ətafdakı tikililərin fasadı ilə uyğunluq təşkil etmədiyi qərarına gəlinmişdir.
Bundan sonra xüsusi hadisələr zamanı kafedral üçün taxtadan hazırlanmış müxtəlif fasadlar yaradılmışdır. İlk taxta fasad 1589-cu ildə I Ferdinand Mediçi və Kristina Lotaringiyanın nikah mərasimi üçün hazırlanmış və qabartmalar, heykəllər və rəsmlərlə bəzədilmişdir. İkinci taxta fasad 1661-ci ildə III Kozimo de Mediçinin həyat yoldaşı Orleanlı Marqarita Luizanın şəhərə gəlişi münasibətilə inşa edilmişdir. Üçüncü taxta fasad 1688-ci ildə şahzadə Ferdinand və Bavariyalı Violantın nikah mərasimi üçün hazırlanmışdır. Erkole Qraçianinin layihəsi əsasında 1733-cü ildə Bernardo Sansone Sqrilli tərəfindən hazırlanmış sonuncu müvəqqəti fasad XIX əsrə kimi istifadə olunmuş və bir çox fotolarda əksini tapmışdır.Mandragora, cit., p. 170.
XIX əsr fasadı İlk layihələr