250px|thumb|right|Hökumət tərəfindən vətəndaşlara Konstitusiyanın broşür versiyası təqdim olunur. Sənədin adı əvvəlcə Belarus, daha sonra rus dilində verilib. Belarus Respublikasının Konstitusiyası (; ) — Belarusun əsas qanunu.In Section 1, Article 7 of the Constitution , all laws that conflict with the Constitution are null and void. This means the Constitution claims to be the supreme law of the land. Ölkə Sovet İttifaqından öz müstəqilliyini elan etdikdən üç il sonra – 1994-cü ildə qəbul edilmiş bu rəsmi sənəd Belarusun dövlət və hökumət quruluşunu müəyyən edir və vətəndaşların hüquq və azadlıqlarını sadalayır. Konstitusiya layihəsi ölkənin keçmiş qanunverici orqanı olan Belarus Ali Soveti tərəfindən hazırlanmış və vətəndaşlar və hüquqşünas ekspertlərin səyi ilə təkmilləşdirilmişdir. Konstitusiya preambula, doqquz bölmə və 146 maddədən ibarətdir.BelTA. March 15 - Day of Constitution (of the) Republic of Belarus . 13 mart 2007-ci ildə dərc edilib.

Konstitusiyanın strukturu və mətni daha çox Qərb dünyasının konstitusiyalarının və Sovet dövründə Belarusun təcrübələrinin təsirinə məruz qalmışdır. Konstitusiya daha çox hökumətin funksiyalarını və səlahiyyətlərini müəyyən etsə də, bütöv bir bölmə insan və vətəndaşların hüquq və azadlıqlarına həsr olunmuşdur. Sənədə qəbul olunduqdan sonra iki dəfə – 1996 və 2004-cü illərdə dəyişiklik edilmişdir. Müstəqil müşahidəçilər və müxalifət liderləri tərəfindən tənqid edilən iki referendum prezidentin hökumət üzərində səlahiyyətlərinin artmasına və prezidentlik üçün seçilmə müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına səbəb olmuşdur.

Tarixi Litva statutları

250px|thumb|right|Litvanın üçüncü statutu (1588) İndiki Belarus ərazisində (Böyük Litva knyazlığı) orta əsrlər dövlətinin qanunvericiliyinin kodifikasiya edilməsi sahəsində ilk cəhd 1529-cu ildən qüvvədə olan Litva qanunları olmuşdur. Qədim belarus dilində tərtib edilmiş sənəd ərazidə ali qanun rolunu oynayırdı.

3 may 1791-ci il Konstitusiyası

Böyük Litva knyazlığı və Polşa Krallığı Taxt-tacından ibarət feodal dövləti Reç Pospolita XVIII əsrdə daxili siyasətin düzgün yeridilməməsi nəticəsində tənəzzül dövrü ilə üzləşdi. Vəziyyəti düzəltmək üçün gec də olsa, 1791-ci il mayın 3-də dünyanın ən qədim kodifikasiya edilmiş milli konstitusiyalarından biri qəbul edildi.

Yeni Konstitusiya liberum vetonu ləğv etdi və dövləti öz qərarlarından asılı edən şlyaxta konfederasiyalarını qadağan etdi. Konstitusiya, həmçinin hökumətin qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında səlahiyyətlərin bölgüsünü təmin edir, "ictimai suverenlik" yaradır və burjua üzvlərinin siyasi hüquqlarının dairəsini genşləndirirdi. Kəndlilər hüquqlarının artdığını gördülər, lakin yenidən təsdiqlənən təhkimçilik ləğv edilmədi. Katolik dininin statusu tanınsa da, dini tolerantlıq qorunub saxlandı.

Konstitusiyanın ardınca qəbul edilən 22 oktyabr 1791-ci il İki Dövlətin Qarşılıqlı Zəmanəti tək bir dövlətdə Polşa və Böyük Litva knyazlığının vahidliyini və bölünməzliyini, eləcə də dövlət idarəetmə orqanlarında onların bərabər təmsilçiliyini təsdiq edirdi.

1791-ci il sənədi 19 aydan az qüvvədə oldu; Rusiya ilə qısamüddətli müharibədən sonra 23 noyabr 1793-cü ildə Qrodno Seymi tərəfindən ləğv edildi. 1795-ci ilədək Reç Pospolita Rusiya İmperiyası, Prussiya krallığı və Habsburq monarxiyası arasında bölündü. Böyük Knyazlıın ərazisinin əksəriyyəti Rusiya tərəfindən idarə edilməyə başlandı.

XX əsrdə Belarus, 1918-ci il oktyabrın 11-də Rusiya İmperiyasından müstəqillik elan edildikdən bir neçə ay sonra ilk müvəqqəti konstitusiyasını qəbul etdi.

1919-cu ildə ölkənin rus bolşevikləri tərəfindən işğalından sonra Belarus Sovet respublikası oldu və özünün yeni konstitusiyasını qəbul etdi.House of Representatives of the Republic of Belarus History of Constitutionalism in Belarus . Sovet İttifaqının yaradılması haqqında Rusiya, Ukrayna və Zaqafqaziya ilə saziş bağlayanadək Belarusda həmin konstitusiya tətbiq edildi.British Broadcasting Corporation Timeline of the Soviet Union . 2006-cı ilin mart ayında dərc edilib. Sazişdən sonra Belorusiya Sovet Sosialist Respublikası (Belarus SSR) adlanan dövlət yenicə qəbul etdiyi konstitusiyanı tamamlayan və Sovet dövründə özünün ilk konstitusiyası olan sənədi 1927-ci ildə qəbul etdi. Daha sonra 1937-ci ildə, sonuncu dəfə isə 1978-ci ildə Belarus SSR-in konstitusiyaları qəbul edildi. Sonuncu konstitusiya, əsasən, 1977-ci ildə Sovet Konstitusiyasına edilən dəyişiklikləri əks etdirirdi.Kremlin.ru The Constitutional Process in Russia .

Müasir konstitusiya Belarus 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra Belarus Ali Soveti Belorusiya Sovet Sosialist Respublikasının dövlət müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Sənəd Belarusiya SSR-in aktlarının SSRİ aktları üzərində üstün hüquqi qüvvəyə malik olduğunu bəyan edir (Bəyannamənin 7-ci maddəsi; lakin həmin müddəa 1978-ci il Konstitusiyasına yalnız 1991-ci ilin avqustunda daxil edildi) və rəsmi olaraq Respublikada konstitusiya prosesini başladırdı.per article 12 of the Declaration , its provisions shall be "implemented by the Supreme Soviet of the Byelorussian SSR through the adoption the new Constitution (Fundamental Law) of the Byelorussian SSR, the Byelorussian SSR laws", a similar clause also existed in other declarations, such as Russian (art. 15: "This Declaration shall be basis for the development of the new Constitution of the RSFSR, the conclusion of the Union Treaty, and improvement of the national legislation") and Ukrainian ("The Declaration shall be the basis for a new constitution and the laws of Ukraine, as well as determine the positions of the Republic regarding conclusion of international agreements. The principles of the Declaration of Sovereignty shall be used to sign the Union Treaty") ones. Tezliklə hökumət post-Sovet konstitusiyasının qəbulunu asanlaşdırmaq üçün Konstitusiya Komissiyası yaratdı. 1991-ci ilin noyabrında üç layihədən birincisini Ali Sovetə göndərdi. Ali Sovetin təsdiqindən sonra Belarus əhalisinin şərh və təkliflərini bildirməsi üçün 1991-ci ilin dekabrında birinci layihə dərc edildi. Komissiya üçüncü və sonuncu layihəni Ali Sovetə göndərdi; layihə burada Ali Sovetin sədri və dövlət başçısı Meçislav Qrib tərəfindən 15 mart 1994-cü ildə imzalandı. On beş gün sonra Zvezda qəzeti rəsmi olaraq Konstitusiyanı dərc etdi.Belconstitution.narod.ru Constitution of 1994 . (belarus dilində) Ali Sovet Konstitusiya ilə yanaşı qüvvəyə minmə haqqında ikinci qanun da qəbul etdi. Qanun bəzi istisnalarla 1978-ci il Belarusiya SSR Konstitusiyasını və Belarusiya Sovet Sosialist Respublikasının dövlət müstəqilliyi haqqında bəyannaməni etibarsız edirdi. Ali Sovetin on doqquzuncu sessiyasında qəbul edilmiş qanun, həmçinin iki il ərzində hökumət orqanlarının formalaşdırılması ilə bağlı keçid müddəaları nəzərdə tuturdu.Republic of Belarus Enactment Law. 15 mart 1994-cü ildə qəbul edilib. 1994-cü ildən etibarən hər il 15 mart Belarusda dövlət bayramı səviyyəsində Konstitusiya günü kimi qeyd olunur.Embassy of the Republic of Belarus to Mexico and the United States National Holidays .

Konstitusiya hakimiyyət bölgüsünü təqdim edirdi. Belarus qanunvericiliyinə əsasən, hakimiyyət qolları müstəqil və ayrıdır, lakin xalqa xidmət etmək üçün birgə fəaliyyət göstərməlidirlər. Konstitusiya, həmçinin Belarusda prezidentli demokratiyanı bərqərar edir və baş nazirin rolunu əhəmiyyətli dərəcədə azaldır.Library of Congress Country Studies Belarus - Prelude to Independence . Library of Congress. On beş keçmiş Sovet sosialist respublikası arasında Belarus SSRİ-nin dağılmasından sonra konstitusiya tərtib edib qəbul edən sonuncu dövlətlərdən biridir. Bu qədər gecikmə Ali Sovetin deputatları arasında gedən müzakirələrlə əlaqədar idi; deputatlar eyni zamanda Ali Soveti tamamilə bağlamaq istəyən müxalifət və demokratik qüvvələri sıradan çıxartmağa çalışırdılar.Virtual Guide to Belarus. Belarus Politics . Yeni icraedici hakimiyyətlə qanunvericilik orqanı arasında münasibətlərin müəyyən edilməsi ilə bağlı gedən güclü mübarizə 1992-93-cü illərdə çoxsaylı müzakirələrə səbəb olmuşdu. Ali Sovetin keçmiş sədri Stanislav Şuşkeviç prezidentə verdiyi səlahiyyətlərin həcminə görə ilkin layihələri tənqid edirdi. Müxalifət Belarusiya Xalq Cəbhəsi partiyası iki hakimiyyət qolu arasında balansın olmamasına və SSR-də eyni vəzifədə xidmət etməsinə baxmayaraq, Vyaçeslav Kebiçə həmin ilin iyununda prezident seçkilərində iştirak etməsinə imkan verdiyinə görə sonuncu layihələri tənqid edirdi.

Belarus Konstitusiyasının layihəsi hazırlanarkən Ali Sovetin deputatları Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, İtaliya, İsveç və ABŞ da daxil olmaqla bir sıra ölkələrin konstitusiyalarından təsirlənmişdilər. Daxildən isə Konstitusiya sovet hökmranlığı dövründən və Sovet Hökumətinin bir kənara qoyduğu ənənələri geri gətirmək arzusundan təsirlənirdi.Belarus Telegraphy Agency. Belarus Constitution Day celebrated today . 15 mart 2007-ci ildə dərc edilib. Konstitusiyanın quruluşu Rusiya Konstitusiyasına oxşar idi: məsələn, Prezidentin səlahiyyətləri Rusiya Federasiyası Prezidentinin səlahiyyətlərinə oxşardır. Ümumilikdə Konstitusiya Belarusun rus meylli birlik hərəkatlarından qalma dövlətçiliyi qorumaq, post-Sovet dövründəki çətinliklərə davam gətirə biləcək güclü dövlət başçısı statusunu formalaşdırmaq və Belarusda siyasi fraksiyalar arasında kompromisi təmin etməyə hesablanmışdı.

Preambula Konstitusiyanın preambulasından məlum olur ki, Belarus beynəlxalq ictimaiyyətin üzvü kimi məsuliyyət daşıyır. Bu məsuliyyəti icra etmək məqsədilə, "Belarusiya dövlətçiliyinin çoxəsrlik inkişaf tarixinə əsasən, öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququmuza uyğun olaraq dövlətimizi qurmaqla, bütün bəşəriyyətin dəyərlərinə sadiq qalacağımızı" öhdələrinə götürürlər. Belarus da öz vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etməyi və xalq tərəfindən idarə olunan və hüququn aliliyinə əsaslanan sabit bir hökumət qurmağı vəd edir.Webportal of the President of the Republic of Belarus Preamble of the Constitution . 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.

I bölmə: Konstitusiya quruluşunun prinsipləri Konstitusiyanın I bölməsi dövlətin konstitusiya quruluşunu və hakimiyyətin xalq tərəfindən həyata keçirildiyini müəyyən edir. Özünü çoxpartiyalı nümayəndəli demokratiya elan edən hökumət öz xarici siyasətini formalaşdırır və zəruri olduqda bu hüququn realizəsini müdafiə etmək niyyətində olduğunu bəyan edir. Birinci bölmə həmçinin müəyyən edir ki, dövlət öz vətəndaşlarının hüquq və azadlıqlarını qoruyur; eyni zamanda Belarus vətəndaşı "Konstitusiyanın onun üzərinə qoyduğu vəzifələri tərəddüdsüz icra etməklə bağlı dövlət qarşısında məsuliyyət daşıyır."Webportal of the President of the Republic of Belarus Section One of the Constitution . 1994-cü ildə dərc edilib, 1996-cı ildə dəyişiklik edilib.

Dövlət hakimiyyətin hər bir qoluna münasibətdə nəzarət və yoxlama sistemini tətbiq edir, lakin hər bir qol biri digərinə təsir etmədən müstəqil fəaliyyət göstərir. Dövlət Konstitusiyanın müddəalarına uyğun qanunlar qəbul etməkdə səlahiyyətlidir. Əgər qanunlar Konstitusiyaya uyğun olmasa, etibarsız hesab edilə bilər. Qanunlar özləri beynəlxalq hüquqa tabedir və Belarus "beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin ali hüquqi qüvvəsini tanıyır və qanunlarının həmin prinsiplərə uyğunluğuna təminat verir."

Belarus ərazisi vilayət adlanan ayrı-ayrı regionlara ayrılmışdır. Regionlar bölgələrə, bölgələr isə şəhərlərə bölünür. Konstitusiya qanunvericiliklə idarə ediləcək xüsusi regionların da yaradılmasına imkan verir. Belarus vətəndaşları ölkə sərhədləri daxilində və ya xaricdə olmasından asılı olmyaraq, müdafiə ilə təmin olunur. Bəzi istisnalarla vətəndaşlığı olmayanlara və əcnəbilərə Konstitusiya ilə Belarus vətəndaşları ilə eyni status və hüquq verilir. Belarus həmçinin etnik, siyasi və ya dini mənsubiyyətinə görə təqibə məruz qalanlara da sığınacaq verir.