Artur D. Levinson () — amerikalı biznesmen və hazırda Apple şirkətinin sədri (2011-ci ildən) və Calico şirkətinin qurucu və baş icraçı direktoru. O, 1995-ci ildən 2009-cu ildək Genentech korporasiyasının baş icraçı direktoru və sədri (1999 - 20004) olmuşdur.
Bundan başqa Apple şirkətində fəaliyyəti dövründə (2000-ci ildən), Levinson Broad Institute araşdırma mərkəzində direktorlar şurasında xidmət göstərmişdir. Son vaxtlar, Levinson Hoffmann-La Roche şirkətində direktorlar şurasında (2010-2014), NGM Biopharmaceuticals (2009-2014), Amyris şirkətlərində işləmişdir. O, hal-hazırda Sloan Ketterinq adına onkoloji mərkəzdə, Prinston Universiteti və Lewis-Sigler İnstitutda tövsiyə şurasında işləyir.
Təhsili və ilk illəri Malvina və Sol Levinsonun övladı olan Artur, bakalavr təhsilini 1972-ci ildə Sietlda yerləşən Vaşinqton Universitetində və 1977-ci ildə Prinston Universitetində Biokimya sahəsi üzrə fəlsəfə doktoru adını qazanmışdır. İstinadlar
Kateqoriya:ABŞ iş adamları Kateqoriya:Apple Inc.