Culfa rayonu — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati-ərazi vahididir. İnzibati mərkəzi Culfa şəhəridir.

Rayon respublika paytaxtından cənub-qərbdə, muxtar respublika paytaxtından şərqdə yerləşir. Şimal-şərqdə Ermənistan, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Culfa rayonu, həmçinin qərbdən Babək, şimal-qərbdən Şahbuz, şərqdən isə Ordubad rayonları ilə də həmsərhəddir.

Culfa Naxçıvanın "Şərqə açılan qapısı" hesab edilir.

Tarix və etimologiyası right|300px|thumb|Əlincə qalası və İlandağ Culfa ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində b.e.ə. III minilliyin ortalarından başlayaraq son orta əsrlərə qədər olan dövrlərə aid xeyli maddi-mədəni nümunələr aşkar edilmişdir. Bu tapıntılar bölgə sakinlərinin əkinçilik, maldarlıq, ovçuluqla məşğul olduqlarını sübut edir. Araşdırmalara görə b.e.ə. bu ərazidə (Ərəfsə, Bənəniyar, Göydərə və s.) boyalı qablar mədəniyyəti, b.e.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyəti yayılmışdı (Boyəhməd, Ağsal, Ləkətağ, Culfa və s.).

Rayonun Xoşkeşin kəndi yaxınlığında aşkar edilən İlandağ kitabəsi İşpuini və Menuanın adını xatırladır. İlandağda aşkar edilmiş və eramızdan əvvəl 820-810-cu illərə aid mixi yazılarından məlum olur ki, Urartu çarları bu əraziyə basqınlar etmişlər. Rayonun əsas hissəsini təşkil edən Əlincə mahalının torpaqları daha əvvəl Manna və Midiya dövlətlərinin tərkibində olduqdan sonra, eramızın IV əsrinin 30-cu illərinədək Əhəmənilər imperiyasının hakimiyyəti altında olmuş, bu imperiya süquta uğradıqdan sonra isə Atropatena dövləti və daha sonra Sasanilər imperiyasının hakimiyyəti altına düşmüşdür. Culfa yaşayış məntəqəsi V əsrdə Naxçıvan bölgəsinə köçürülmüş midiyalıların əsasını qoyduğu şəhərlərdən biri kimi tanınır. Tarixçi Şərafəddin Əli Yəzdi "Zəfərnamə" əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır. Ərəblərin Naxçıvan işğalı zamanı Culfa işğala qarşı mühüm müqavimət göstərən şəhərlərdən biri olmuş, daha sonralar Xürrəmilər hərəkatı bu bölgəni də əhatə etmişdir.

Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur. Araz çayı boyunca uzanan karvan yolu üzərində yerləşən Qədim Culfa o dövrdə bölgənin iqtisadiyyatının tənzimlənməsində mühüm rol oynayırdı. Qədim Culfa indiki Culfa şəhərindən 4 km qərbdə yerləşmişdir. Araşdırmalar zamanı burada yaşayış binaları, qala divarları, karvansara, bazar və dini binaların qalıqları, o cümlədən qədim qəbiristanlıq aşkar edilmişdir. 1939–1940-cı illər ərzində Culfa şəhərində aparılan arxeoloji qazıntılar zamanı isə tunc dövrünə aid monoxrom və polixrom boyalı gil qablar, tunc xəncər, ox və nizə ucluqları, toppuz, bilərzik, boyunbağı və s. aşkar edilmişdir.

Culfa Səfəvilər dövlətinin başlıca şəhərlərindən biri kimi tanınmışdır. XVI əsrin ikinci yarısında Culfa beynəlxalq ipək ticarətinin iri mərkəzi kimi şöhrət qazanmışdır. Şəhər Avropa-Asiya ipək ticarətinin iri birja və anbar yeri olmuşdur. Culfa Böyük ipək yolu üzərində yerləşmiş, beynəlxalq ipək ticarətinin inkişafı ilə əlaqədar XVI əsrdən şəhər kimi daha da təşəkkül tapmışdır. XVI əsrdə, qısa bir dövr ərzində Culfa yüksək səviyyədə inkişaf etmiş, Səfəvilər dövlətinin ölkə əhəmiyyətli Azərbaycan şəhərləri arasında ticarət və sənətkarlığın mühüm mərkəzlərindən hesab edilən Təbriz, Ərdəbil, İsfahan şəhərləri ilə bir sırada dayanmışdır. Buna səbəb olan mühüm amillərdən biri də Səfəvilər dövründə Azərbaycanın qərb bölgələrinin əsas ticarət yollarının Culfa şəhərindən keçməsi idi. Bildirilir ki, Culfa Şərq və Qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olmaqla yanaşı, burada həmçinin müxtəlif istehsal sahələri də mövcud olmuşdur.

Səyyah və tacirlər öz kitablarında Culfanın XVI əsrin 80–90-cı illərində inkişafının yüksək sürətlə davam etdiyini qeyd ediblər. 1603-cü ildə burada olmuş alman səfiri Tektonder şəhərin möhkəm qala divarları ilə əhatə olunmağı, hər evdə səhərə kimi şamların yandırılmağı və s. haqqında məlumat vermişdir. Səfirin qeydlərindən göründüyü kimi, o dövrdə Culfa güclü müdafiə olunan qala olmuş, evlər dəbdəbəli tikilmiş, əhali zəngin həyat tərzi yaşamışdır.

1727-ci ildə Culfa ərazisi Naxçıvan sancağının Dərəşam, Dərənürgüt, Sair-Məvazi və Əlincə nahiyələrini əhatə etmişdir.Əliyev İlhami Nizam oğlu. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və təhsil, 2014, s. 169, 184 Əlincə nahiyəsi Culfanın əsas hissəsini təşkil etdiyi üçün tarixən və həmçinin, indiki dövrdə Rayon əhalisi arasında bölgə Əlincə mahalı kimi tanınmaqdadır. thumb|right|300px|1800-cü ilə aid Əbrəqunus xovlu xalçası. Xalça üzərində təsvir edilən güllər cənnətin simvolu hesab edilir. Culfa inzibati rayon kimi 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1930-cu ildə Naxçıvan MSSR-in tərkibində Şahbuz, Şərur, Naxçıvan, Culfa, Əbrəqunis və Ordubad inzibati rayonları olmuşdur. 1948-ci ildə Əbrəqunis, 1963-cü ildə isə Ordubad rayonları ləğv edilərək əraziləri Culfa rayonunun tərkibinə daxil edilmişdir. 1965-ci ildə isə Ordubad rayonu yenidən təşkil olunaraq Culfadan ayrılmışdır. thumb|right|300px|Culfa şəhəri, 1906-cı il Culfa Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə xüsusi rola malik olmuşdur. 1989-cu ilin dekabr ayının 4-dən etibarən Rayonda etiraz tonqalları qalanmış, minlərlə insanın iştirakı ilə Sovet hökumətinə qarşı nümayişlər keçirilmiş, nümayişlərdə Azərbaycanın müstəqilliyinin bərpası, Dağlıq Qarabağda erməni separatçılarının özbaşınalıqlarına, həmçinin Ermənistan SSR-dən azərbaycanlıların kütləvi şəkildə deportasiyasına son qoyulması Sovet hökumətindən tələb olunmuşdur. Bu nümayişlər sonradan Dünya Azərbaycanlılarının Həmrəyliyi münasibətilə hər il qeyd edilən əlamətdar Günün formalaşmasına səbəb olan Sərhəd Hərəkatına çevrilmişdir. thumb|300px|right|Culfa, 31 dekabr 1989-cu il, saat 12:00. "Culfa" adının etimologiyası ilə bağlı qeyd olunur ki, bu ad orta əsrlərdə "cükki" adını daşıyan tacir təşkilatının adı ilə əlaqədardır. 1452-ci ilə aid farsdilli mənbələrdə şəhərin adı "Culah" şəklində qeyd edilmişdir. Culfanın adı bəzi mənbələrdə "Culağ" kimi də çəkilir. Şəhərin adı haqqında olan digər mülahizələrə görə isə, "Culfa" adı müxtəlif variantlarda işlənib. Bəziləri bu sözün "toxucu" mənasını verdiyini, müxtəlif mənbələrdə "Cula", "Cülahə", "Culh", "Culha" şəklində qeyd olunan bu sözün fonetik dəyişikliklərə uğrayaraq "Culfa" şəklinə düşdüyünü söyləyirlər. Tarixi mənbələrdə də bu şəhərdə vaxtilə toxuculuqla məşğul olunduğu göstərilir.

Bəzi mənbələr "Culfa" adını Culfalar tayfasının adı ilə də əlaqələndirirlər. Məsələn, Şuşa şəhərinin 17 məscidindən birinin Culfalar məscidi olması və bu məscidin Şuşanın Culfalar məhəlləsində yerləşməsi də bunu deməyə əsas verir.

Coğrafi mövqeyi

Relyefi Culfa ərazisinin əksər hissəsi dağlıq zonada yerləşir. Rayon ərazisi relyef xüsusiyyətlərinə görə 4 zonaya: dağətəyi, alçaq dağlıq, orta dağlıq və yüksək dağlıq zonalara ayrılır. Rayonun cənub hissəsi — Culfa şəhəri yaxınlığı dağətəyi, alçaq və orta dağlıq, mərkəz hissəsi dağətəyi və yüksək dağlıq, şimal hissəsi isə yüksək dağlıq zonada yerləşir. Rayon ərazisi dəniz səviyyəsindən 1290 m yüksəklikdədir.right|300px|alt=Culfa dağları|thumb|Culfa dağları right|300px|thumb|Əlincə çayının başlanğıcıRayonun Ermənistan ilə sərhədindən Culfa şəhərinə qədər, demək olar ki, rayonun bütün ərazisini əhatə edən Zəngəzur dağ silsiləsi uzanır. Silsilə Culfa şəhəri yaxınığında, Araz çayına doğru alçalaraq Culfa maili düzənliyinə keçir. Rayonun ən yüksək nöqtəsi 3364 metr hündürlüyündə olan Dəmirli dağıdır.

Culfada təbaşir-neogen çöküntüləri geniş yayılmışdır.

Naxçıvan şəhərindən Culfaya istiqamətlənən yol boyunca Culfa dağları öz qeyri-adi fərqliliyi ilə seçilir, belə ki, burada geoloji faktor (süxurların tərkibi, onların yaşı və s.) dağların xarici görünüşə öz təsirini göstərmişdir. Bu dağlar zahirən nəhəng, qübbəvari tikililəri xatırladır.

Təbiəti Rayonun torpaqları, əsasən, dağ-çəmən, dağ-meşə, dağ-şabalıdı, qəhvəyi, boz və çəmən-boz torpaqlarından ibarətdir. Culfada dağ-bozqır, meşə bitkiləri, subalp və alp çəmənlikləri geniş yayılmışdır. right|300px|thumb|Qazançı yaxınlığı right|300px|thumb|Xanəgahdan İlandağ mənzərəsi right|300px|thumb|Boyəhməd ətrafıright|300px|thumb|Teyvaz yaxınlığıCulfada enliyarpaqlı dağ meşələri (palıd, fıstıq, vələs və s.) geniş yayılmışdır. Bundan əlavə, Rayonda pulcuqyarpaqlı seyrək arid meşələrinə (ardıc) də rast gəlmək mümkündür. Culfa ərazisində kəskiniyli ardıc, boylu acılıqotu, torlu süsən, müsəlman süsəni, qurdqulağı süsəni, üçfutlu nektaroskordum, zərif buynuzlalə, şamdanvari öldürgən, yevgeni öldürgəni, Qafqaz dağdağanı, qrossheym südləyəni, ikirəng iyli itburnu, iriqanad kuziniya və s. kimi nadir və endemik bitkilər geniş yayılmışdır. Culfada muflon, dağ keçisi, ayı, canavar, tülkü, boz dovşan, ular, kəklik, vaşaq, çöl pişiyi, çaqqal, porsuq, daşlıq dələsi, qaban, ağdöş kirpi, hind tirəndazı, qonur palazqulaq, cırtdan şəbpərə, bataqlıq bayquşu, səhra zəvzəyi, dam bayquşu, qarabaş çaydaçalan, böyük və kiçik qayalıq sittası, dağ kətanquşu, adi sığırçın, xəzər uları, radde dağ gürzəsi, müxtəlif növ təlxələr və s. kimi fauna nümayəndələrinə rast gəlinir. right|300px|thumb|Əbrəqunus yaxınlığı right|300px|thumb|Saltaqdan açılan mənzərə right|300px|alt=Ləkətağ yaxınlığı|thumb|Ləkətağ yaxınlığıCulfada əsas çaylar Əlincə, Qaradərə və Arazdır. Bunlardan əlavə, Rayonda Xəzinədərə, Ləkətağsu, Kolasu, Teyvaz və digər çaylar da axır. thumb|300px|right|Araz çayı, Culfa şəhəri yaxınlığı thumb|300px|right|Gülüstan kəndi

Təbiət qoruq və yasaqlıqları Rayonun Ərəfsə, Ləkətağ, Boyəhməd kənd yaşayış məntəqələrində təbiət qoruq və yasaqlıqları mövcuddur.

Həmçinin, Zəngəzur Milli Parkının əhəmiyyətli hissəsi Culfa rayonunun payına düşür.

İqlimi Culfa ərazisində qışı və yayı quraq keçən soyuq iqlim tipi hakimdir. Orta temperatur yanvarda −10–3 °C, iyulda isə 19–28 °C-dir. İllik yağıntının miqdarı 200–600 mm, orta illik yağıntının miqdarı isə 215 mm-dir.

Culfada yay aylarında, axşam saatlarında sərin cənub-şərq küləkləri əsir.

İnzibati ərazi bölgüsü Rayonda 1 şəhər, 22 kənd vardır. Rayonun iri yaşayış məntəqələri Culfa şəhəri, Yaycı, Əbrəqunus və Bənəniyar kəndləridir. thumb|300px|right|Culfa şəhəri

Əhalisi right|300px|thumb|Culfalı balaca qız (Xanəgah, 2014-cü il) Rayonun əhalisi 51,2 min nəfərdir. Əhali 1980-ci illə müqayisədə 68%, yəni təqribən 17 min nəfər artmışdır. Orta sıxlıq 1 km²-də 54 nəfərdir. Əhalinin 71%-i Rayonun kəndlərində, 29%-i Culfa şəhərində yaşayır.

Culfa əhalisinin etnik tərkibi əsas etibarilə azərbaycanlılardan, cüzi miqdarda isə kürdlərdən (Teyvaz kəndində) ibarətdir.

Ermənistanın işğalçı siyasəti nəticəsində Culfa rayonunda 36 ailədən ibarət 108 nəfər qaçqın, 7 ailədən ibarət 18 nəfər məcburi köçkün məskunlaşmışdır.

Culfanın Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda Qarabağ və Sədərəkdə gedən döyüşlərdə xeyli şəhidi olmuşdur.

Tanınmış şəxsləri Həsən Abdullayev Vilayət Eyvazov Qüdrət Həsənquliyev İsmayıl Hacıyev Hacı Hacıyev Məhərrəm Məmmədyarov Məmməd Məmmədov Füzuli Ələkbərov Rəsul Quliyev Adil Allahverdiyev Tofiq Bəktaşi Səfər Əsədov Abutalıb Qasımov Ataxan Paşayev Mehbalı Qasımov Münəvvər Əsgərova Məmməd Yaqubov Məmməd Əsgərov Nağı Nağıyev Həsən Abdullayev Əli Süleymanov Balakişi Vəliyev Narı Quliyeva Həsən Ağasoy Nuri Sərinləndirici Rza Xudiyev Bəxtiyar Əsgərov Vüqar Rəhimzadə Vüsal Əliyev Yusif Məmmədov Yusif Səfərov İbrahim Məmmədov Əliəddin Abbasov Akif Əliyev Fərəc Fərəcov Hüseyn Həşimli Məmməd Məmmədov Turan Vəlizadə

İqtisadiyyatı

Kənd təsərrüfatı