Makemake (kiçik planetlər təsnifatında 136472 Makemake; simvolı: ) — Günəş sistemində yerləşən cırtdan planet. Koyper qurşağında yerləşən məlum olan ikinci ən böyük kosmik cisimdir və ölçüsü Plutonun 2/3-nə bərabərdir.T.L. Lim; J. Stansberry; T.G. Müller (2010). ""TNOs are Cool": A survey of the trans-Neptunian region III. Thermophysical properties of 90482 Orcus and 136472 Makemake". Astronomy and Astrophysics. 518: L148. arXiv:1202.3657. Bibcode:2010A&A...518L.148L. doi:10.1051/0004-6361/201014701.International Astronomical Union (2008-07-19). "Fourth dwarf planet named Makemake" (Press release). International Astronomical Union (News Release – IAU0806). Retrieved 2008-07-20. Makemakenin S/2015 (136472) 1 adlandırılan bir məlum təbii peyki vardır.HubbleSite (2016-04-26). "Hubble Discovers Moon Orbiting the Dwarf Planet Makemake" (Press release). HubbleSite (News Release no. STScI-2016-18). Retrieved 2016-04-26. Makemakenin orta səth temperaturunun −230 °C göstərici ilə çox aşağı olması, səthin Metan, Etan və ehtimal ki, Azot buzları ilə örtülü olmasını bildirir.Mike Brown; K. M. Barksume; G. L. Blake; E. L. Schaller; et al. (2007). "Methane and Ethane on the Bright Kuiper Belt Object 2005 FY9" (PDF). The Astronomical Journal. 133 (1): 284–289. Bibcode:2007AJ....133..284B. doi:10.1086/509734.
Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə kəşf olundu. Buna baxmayaraq, cırtdan planetin kəşfi ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Əvvəlcə 2005 FY9 olaraq adlandırılsa da, daha sonra 136472 kiçik planet kodu ilə təsnif olundu. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kəşfin cırtdan planet olaraq qəbul olunması ehtimalına görə, ona Pasxa adasında yaşayan rapanui xalqının yaradıcı tanrısı hesab olunan Makemakenin adı verildi.Michael E. Brown. "The Dwarf Planets". California Institute of Technology, Department of Geological Sciences. Retrieved 2008-01-26."Dwarf Planets and their Systems". Working Group for Planetary System Nomenclature (WGPSN). U.S. Geological Survey. 2008-11-07. Retrieved 2008-07-13.Gonzalo Tancredi; Sofia Favre (June 2008). "Which are the dwarfs in the Solar System?" (PDF). Icarus. 195 (2): 851–862. Bibcode:2008Icar..195..851T. doi:10.1016/j.icarus.2007.12.020. Retrieved 2008-08-03.
Tarixi
Kəşfi Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə Palomar Rəsədxanasında aparılan müşahidələrin nəticəsi olaraq kəşf edilsə də,"JPL Small-Body Database Browser: 136472 Makemake (2005 FY9)". NASA Jet Propulsion Laboratory (2019-05-12 last obs). Retrieved 2019-04-09. bu kəşf ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Komanda izlədikləri parlaq kosmik cisimlər olan Erida və Makemakenin kəşfinin elanını hesablamalar dəqiqləşənə qədər təxirə salmağı düşünürdü. Buna baxmayaraq, müşahidələr apardığı digər bir kosmik cisim olan Haumeanın İspaniyada başqa bir komanda tərəfindən də kəşf olunması iddiasının olması səbəbindən elanı daha tez verdilər.Thomas H. Maugh II & John Johnson Jr. (2005-10-16). "His Stellar Discovery Is Eclipsed". Los Angeles Times. Retrieved 2008-07-14.
Nisbi parlaqlığına baxmayaraq (Plutonun beşdə biri qədər) Makemake Koyper qurşağında yerləşən kosmik cisimlərdən çox da gec kəşf edilmədi. Kiçik planetlərin əksəriyyəti axtarılan zaman tədqiqatlar ekliptika müstəvisi ətrafındakı səma hissələrində həyata keçirilir. Makemakenin yüksək orbit meylinə sahib olması kəşf edildiyi Veronikanın Saçları bürcü istiqamətinin gec öyrənilməsinə səbəb oldu. Nəticədə cırtdan planet daha öncə aparılan müşahidələr zamanı diqqətdən yayına bilmişdi.
Orbitinin müəyyən edilməsi nəticəsində daha əvvəl çəkilən şəkillər əsasında Makemakenin təsvirinin ilk dəfə 29 yanvar 1955-ci ildə çəkildiyi məlum olmuşdur.
1930-cu illərdə Klayd Tambo tərəfindən Plutonun müşahidə olunduğu dövrdə Neptundan kənarda yerləşən kosmik cisimlər arasında Makemake səmada görülə biləcək parlaqlığa sahib olan tək kosmik cisim idi.Brown, M. E.; Van Dam, M. A.; Bouchez, A. H.; Le Mignant, D.; Campbell, R. D.; Chin, J. C. Y.; Conrad, A.; Hartman, S. K.; Johansson, E. M.; Lafon, R. E.; Rabinowitz, D. L. Rabinowitz; Stomski, P. J., Jr.; Summers, D. M.; Trujillo, C. A.; Wizinowich, P. L. (2006). "Satellites of the Largest Kuiper Belt Objects" (PDF). The Astrophysical Journal. 639 (1): L43–L46. arXiv:astro-ph/0510029. Bibcode:2006ApJ...639L..43B. doi:10.1086/501524. Retrieved 2011-10-19. Klayd Tambonun Plutonu kəşf etdiyi dövrdə Makemake Buğa və Arabaçı bürclərinin sərhədlərinə yaxın, ekliptika müstəvisinin kəsişməsi istiqamətində yerləşirdi. Buna baxmayaraq, bu yerləşdiyi yer həm də Süd Yoluna yaxın yerləşdiyi üçün Makemakeni ulduzların sıx parıltılı fonunda müşahidə etmək mümkün olmurdu. Bu səbəblə Klayd Tambo Plutonu kəşf etdikdən sonra bir neçə il ərzində də müşahidələr aparsa da Neptundan kənarda yerləşən başqa kosmik cisim kəşf edə bilmədi."Clyde W. Tombaugh". New Mexico Museum of Space History. Retrieved 2008-06-29.
Adlandırılması Cırtdan planetin kəşfi açıqlandıqdan sonra şərti olaraq 2005 FY9 olaraq adlandırıldı. Bununla yanaşı, Pasxa bayramından sonra kəşf olunduğu üçün cırtdan planetə Şərq dovşanı kod adı verilmişdi.Brown, Mike (2008). "Mike Brown's Planets: What's in a name? (part 2)". California Institute of Technology. Retrieved 2008-07-14.
Beynəlxalq Astronomiya İttifaqının qərarına görə Koyper qurşağında yerləşən kosmik cisimlər Yunan-Roma mifologiyasını çıxmaqla, digər mifologiyalardakı tanrı adları ilə adlandırılırdı."Makemake Becomes the Newest Dwarf Planet". Slashdot. July 13, 2008. Retrieved November 23, 2012. Bu səbəblə də cırtdan planet Pasxa adasının yerliləri olan rapanui xalqının mifologiyasında insanlığın yaradıcısı və bərəkət tanrısı hesab olunan Makemakenin adı ilə adlandırıldı. Bununla da cırtdan planet adlandırılarkən onun Pasxa günü ilə bağlılığı da nəzərə alınmış oldu.
Orbit və təsnifatı 250px|thumb|left|Makemake (göy), Haumea (yaşıl) və Plutonun (qırmızı) orbitləri. 2019-cu ilin aprel ayında müşahidə olunduğu zaman Makemake Günəşdən 52,5 AV məsafəsində yerləşirdi Makemake Haumeanın orbitinə oxşayan orbit yoluna sahibdir. Orbitin meyilliyi 29°-ə bərabərdir və 0,16 göstərici ilə mülayim ekssentrisitetə sahibdir. Buna baxmayaraq, Makemake Haumeaya nisbətən Günəşdən daha uzaqda yerləşən orbitə sahibdir.S. C. Tegler; W. M. Grundy; W. Romanishin; G. J. Consolmagno; et al. (2007-01-08). "Optical Spectroscopy of the Large Kuiper Belt Objects 136472 (2005 FY9) and 136108 (2003 EL61)". The Astronomical Journal. 133 (2): 526–530. arXiv:astro-ph/0611135. Bibcode:2007AJ....133..526T. doi:10.1086/510134. Buna uyğun olaraq Makemake Pluton və Haumeya nisbətən Günəşin ətrafında daha uzun müddət ərzində dövr edir. Belə ki, Pluton 248, Haumea 285 Yer ili ərzində bu dövrəni başa vurduğu halda, Makemake Günəş ətrafındakı tam dövrəsini 305 ilə tamamlayır. Hal-hazırda Makemake və Haumea ekliptika müstəvisindən uzaqda, 29° meyillilikdə yerləşir. Haumea orbitində afeli nöqtəsini 1992-ci ildə keçdiyi halda, Makemake bu nöqtəsinə 2033-cü ildə çatacaqdır."Asteroid 136108 (2003 EL61)". HORIZONS Web-Interface. JPL Solar System Dynamics. Retrieved 2008-08-04.
Makemake klassik Koyper qurşağı cismidir."MPEC 2009-P26 :Distant Minor Planets (2009 AUG. 17.0 TT)". IAU Minor Planet Center. 2009-08-07. Retrieved 2009-08-28. Belə ki, onun orbiti Neptunun cazibə qüvvəsindən birbaşa təsirlənməyəcək qədər uzaqlıqda yerləşir. Neptunla 2:3 nisbətində rezonansa sahib olan plutinolardan fərqli olaraq Koyper qurşağının klassik cisimləri bu qarşılıqlı təsirə məruz qalmır və bu səbəblə də perigeli nöqtələri Neptunun orbitini kəsib keçmir.David Jewitt (February 2000). "Classical Kuiper Belt Objects (CKBOs)". University of Hawaii. Archived from the original on August 5, 2008. Retrieved 2008-08-04.Jane X. Luu & David C. Jewitt (2002). "Kuiper Belt Objects: Relics from the Accretion Disk of the Sun" (PDF). Annu. Rev. Astron. Astrophys. 40 (1): 63–101. Bibcode:2002ARA&A..40...63L. doi:10.1146/annurev.astro.40.060401.093818. Retrieved 2008-08-04. Bu qrupa daxil olan kosmik cisimlər daha aşağı ekssentrisitetə (0,2) sahib olduğu üçün orbitləri planetlərinkinə yaxındır. Buna baxmayaraq, Makemake digər klassik Koyper qurşağı cisimlərindən fərqli olaraq dinamik isti sinfinə daxildir ki, bu da onun orbit meyilliliyinin yüksək olmasına səbəb oldu.Levison, H. F.; Morbidelli, A. (2003-11-27). "The formation of the Kuiper belt by the outward transport of bodies during Neptune's migration". Nature. 426 (6965): 419–421. Bibcode:2003Natur.426..419L. doi:10.1038/nature02120. PMID 14647375. Ehtimal olunur ki, Makemake Neptunla 13:7 nisbətində rezonansa sahibdir.
Fiziki xüsusiyyətləri
Parlaqlıq, ölçü və hərəkəti 200px|thumb|left|Makemakenin 16,9 görünən ulduz böyüklüyünə sahib təsviri. Makemake Plutondan sonra ən parlaq ikinci Koyper qurşağı cismidir. 2019-cu ilin mart ayında aparılan müşahidə zamanı görünən ulduz böyüklüyü 17,0 göstəricisinə bərabər idi Hal-hazırda Veronikanın Saçları bürcləri istiqamətində müşahidə olunsa da, 2027-ci ilin dekabr ayından Naxırçı bürcü istiqamətinə keçəcəkdir. Makemake sahib olduğu parlaqlığı ilə yüksək səviyyəli həvəskar teleskoplardan da görülə bilər.
Spitzer Kosmik Teleskopu və Herşel Kosmik Teleskopu tərəfindən aparılan infraqırmızı müşahidələr nəticəsində Makemakenin Plutonunkuna yaxın, 1360–1480 km radiusa sahib olduğu məlum olmuşdur. Makemake 2011-ci ildə ulduz keçidi etdiyi zaman ölçüləri (1502 ± 45) × (1430 ± 9) km olaraq müəyyən olunmuşdur. Makemake 0,810,01 - 0,810,02 göstərici ilə yüksək səviyyədə albedoya sahibdir.T. A. Hromakina; I. N. Belskaya; Yu. N. Krugly; V. G. Shevchenko; J. L. Ortiz; P. Santos-Sanz; R. Duffard; N. Morales; A. Thirouin; R. Ya. Inasaridze; V. R. Ayvazian; V. T. Zhuzhunadze; D. Perna; V. V. Rumyantsev; I. V. Reva; A. V. Serebryanskiy; A. V. Sergeyev; I. E. Molotov; V. A. Voropaev; S. F. Velichko (2019-04-09). "Long-term photometric monitoring of the dwarf planet (136472) Makemake". Astronomy & Astrophysics. 625: A46. arXiv:1904.03679. Bibcode:2019A&A...625A..46H. doi:10.1051/0004-6361/201935274.