Taenqa () — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 670 km şimal-şərqdə yerləşir.
Coğrafiya Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir.
İnzibati bölgüsü İnzibati baxımından Makemo kommunasına daxildir.
Tarixi Taenqa ilk dəfə 1803-ci ildə ingilis dənizçisi Con Bayer tərəfindən kəşf edilir. Adanın tarixi adı - Holm. Birinci Rus Antarktika ekspedisiyası zamanı ada Yermolov atolu adlandırılır.
Əhali 2007-ci il məlumatına görə adada 96 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi Henuparea adlanır.
İqtisadiyyat Əhalinin əsas məşquliyyəti mirvari toplamaqdır. Ada tam olaraq infrastrukturdan məhrumdur. Xarici keçidlər Ada haqqında informasiya
Kateqoriya:Okeaniya adaları Kateqoriya:Tuamotu Kateqoriya:Mərcan adaları