thumb|200px|left|Atollun kosmosdan təsviri. thumb|200px|left Tikehau () — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Yerli dildən tərcümədə «Dünyanın dayanacağı» mənasını verir. Taitidən 300 km cənub-şərqdə, Ranqiroadan 10 km qərbdə yerləşir.

Coğrafiya Dairə formasına malikdir və diametri 26 km-dir. Atolun eni 300 – 1000 m arasında dəyişir. Atollun sahəsi 20 km²-dir. Daxilində laqun vardır. Laqun okean suları ilə əlaqələnir. Burada çoxlu sayda balıq növü yaşayır.

Tarixi Tikehau ilk dəfə 1816-ci ildə rus dənizçisi Otto von Kosebu tərəfindən kəşf edilmişdir. O, adanı İvan Kruzenşternin şərəfinə adlandırır. 1820-ci ildə adanı Birinci Rus Antarktika ekspedisiyası ziyarət etmişdir.

İnzibati bölgüsü İnzibati baxımından Ranqiroa kommunasına daxildir. Əhali 2007-ci il məlumatına görə adada 507 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi - Tuherahera. Əhalisinin əksəriyyəti xristiandır. İqtisadiyyat Əhalinin əsas məşquliyyəti balıqçılıq, kopra istehsalı, mirvari toplamaqdır. Son zamanlar turizm inkişaf edir.

Mənbə Ada haqqında informasiya

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Tuamotu Kateqoriya:Mərcan adaları