Cəvahir Allahverdi qızı İsgəndərova () — Azərbaycanın teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1954).
Həyatı Cəvahir İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. O, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olmuşdur. Bakıda qız məktəbində təhsil alan Cəvahir İsgəndərova kiçik yaşlarından dram dərnəyinin üzvü olmuşdur. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa etmişdir. Elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur.
Azərbaycan SSR xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olmuşdur.
Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda vəfat edib.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 fevral 1954
İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Məlik Məmməd Əyyub Abbasov Sədəf Azad Əyyub Abbasov Mənzər Ayaz Mirmehdi Seyidzadə Simuzər Qarlar kraliçası Yevgeni Şvarts Elza El oğlu Abdulla Şaiq El qızı Xasay Abdulla Şaiq Zinyət Gənc ustalar Zeynal Xəlil Göyərçin İki veronalı Uilyam Şekspir Luçetta Hind nağılı Məmmədhüseyn Təhmasib Çandra Gülən gözlər Məmmədhüseyn Təhmasib Kamilə Bir gəncin manifesti Mir Cəlal Mürsəl Gülşən Əli Vəliyev Güldanə Bir saatlıq xəlifə Yusif Əzimzadə Rəhim Müfəttiş Nikolay Qoqol Mişka Evlənmə Nikolay Qoqol Dunyaşa Cəbhə boyunca əmr Georgi Mdivani Pavel Qayğı Səttar Axundov Ulduz Xüsusi tapşırıq Sergey Mixalkov Vovka Polad necə bərkidi Nikolay Ostrovski Valya Qastello İsidor Ştok Latoçkin Düşmənlər içində Novruz Gəncəli Vitya
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları