thumb|200px|left|Atollun kosmosdan təsviri. Puka Puka () — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir.

Coğrafiya Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır.

Tarixi Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır. 1947-ci ildə Tur Heyerdal Kon-Tiki qayığında Okeaniyanı üzüb keçərkən ilk gördüyü ada Puka-Puka olmuşdur. 1996-cı ildə güclü tayfundan zərər görən Te One Mahina qəsəbə Fransa dəstəyi sayəsində yenidən bərpa edilir. İnzibati bölgüsü İnzibati baxımından Tuamotu-Qambe inzibati vahidliyinə daxildir.

Əhali 2007-ci il məlumatına görə adada 157 nəfər yaşayır.. Te One Mahina əsas yaşayış məntəqəsidir. Burada 110 nəfər yaşayır. İstinadlar

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Tuamotu Kateqoriya:Mərcan adaları