Əmir Nəciboviç Nəcib (; )— Sovet şərqşünası, türkoloqu.

Həyatı

Əmir Nacib 1899-cu ildə Qazaxıstanın keçmiş Semey vilayətinin Baktı kəndində anadan olub. Öncə kənd axundundan, sonra isə Çinin Şaueşek qəsəbəsində Rusiya konsulluğunun nəzdindəki məktəbdə ilk təhsilini alıb. O, daha sonra Semeydəki Müəllimlər məktəbində təhsilini davam etdirib. Ə.Nacib dünya dillərinin sirlərinə yiyələnərək rus, ərəb və fars dillərini öyrənib. 20-dən çox türk dil və ləhcəsində sərbəst danışıb yazan Ə.Nacib filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin və Türk Dil Qurumunun üzvü olub.

Əmir Nacib 1991-ci ildə vəfat edib.

Ədəbiyyat Благова Г. Ф. Эмир Наджипович Наджип (к 80-летию со дня рождения) // Советская тюркология. — 1979. — № 2. — С. 92—95. Благова Г. Ф. Эмир Наджипович Наджип (к 85-летию со дня рождения) // Советская тюркология. — 1984. — № 5. — С. 89—91. Благова Г. Ф., Кормушин И. В., Поцелуевский Е. А., Тенишев Э. Р. Эмир Наджипович Наджип (к 90-летию со дня рождения) // Советская тюркология. — 1989. — № 2. — С. 115—117.

Xarici keçidlər Bioqrafiya (tat.)

Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:SSRİ şərqşünasları Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:Rusiya Elmlər Akademiyası Dilçilik İnstitutunun alimləri