thumb Keep Calm and Carry On () — Böyük Britaniyada 1939-cu ildə II Dünya Müharibəsinin əvvəlində hazırlanan təbliğat plakatı.
Tarixi Plakat ilk olaraq 1939-cu ildə II Dünya Müharibəsinin əvvəlində Britaniya İnformasiya Nazirliyin () tərəfindən düzəldilmişdir. İki milyon yarım nüsxə çap edilmişdi, lakin plakat geniş yayılmamışdı.
Bu seriyada daha iki plakat mövcuddur — 400 min nüsxəsi olan "Freedom Is In Peril. Defend It With All Your Might" (ing. "Azadlıq təhlükədədir. Bütün gücünüzlə onu müdafiə edin"), və 800 min nüsxəsi olan " Your Courage, Your Cheerfulness, Your Resolution Will Bring Us Victory " (ing."Sizin qıvraqlığınız, cəsarətiniz, qətiyyətiniz bizə qələbə qazandıracaqdır").
Müasir mədəniyyətdə 2000-ci ildə Barter Books ikinci əl kitab dükanında plakatın bir nüsxəsi tapılmışdır. İngiltərə hökuməti tərəfindən istehsal olunan bu cür əsərlərə verilən müəllif hüququ müddəti 50 il müddətində bitdiyi üçün şəkil ictimai mülkiyyət sayılır. Bu hal poster nüsxələri məhdudiyyətsiz miqdarda çap etməyi, eləcə də şüarı olan digər suvenirləri istehsal etməsini mümkünləşdirir . Plakatın populyarlığı dəyişdirilmiş bir yazı və ya loqo ilə bir çox təqlidlərə da yol açdı.
2009-cu ildə Stereophonics qrupu posterin adıyla adlandırdığı albom buraxdı.
2011-ci ilin avqust ayında, "Keep Calm and Carry On Ltd" şüarını ticarət markası kimi qeydiyyata aldı və başqaların tərəfindən hazırlanan suvenir satışını dayandırmağı tələb etdi. Sonradan şüarın həddindən artıq geniş tanınması və məşhur olması əsasında qeydiyyatı ləğv edilməsi tələbi irəli sürüldü .
İstinadlar
Xarici keçidlər
The Guardian-da fotoşəkillər toplusu
Kateqoriya:Posterlər Kateqoriya:Memlər Kateqoriya:İkinci Dünya müharibəsinin mədəni tarixi Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:İnternet memləri Kateqoriya:Motivasiya Kateqoriya:Şüarlar Kateqoriya:Təbliğat posterləri Kateqoriya:İkinci Dünya müharibəsində siyasət