Əhər () — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur.

Təbii fəlakətlər 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur.

İqtisadiyyatı 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir. Əhər həmçinin, Qaradağ xalçası kimi tanınan xalça növünün də istehsalının mərkəz şəhəridir.

Müasir dövrdə Əhərin nəqliyyat sahəsindəki problemlər bir qədər aradan qaldırılmış və Kəleybər kimi bazar mərkəzləri meydana çıxmışdır.

Turizm Əhərin turistlər tərəfindən ziyarət olunan əsas yeri Şeyx Şəhabəddinin mavzoleyidir. Şeyx Şahabəddin sonradan Səfəvi dövlətini yaradacaq Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin müəllimi olmuşdur.

XIX əsr səyyahı Ceyms Morier abidəni belə təsvir etmişdir:

Əhalisi 2006-cı il siyahıya almasına əsasən əhalisi 86,760 nəfərdir . Əhalisinin, demək olar ki, hamısı azərbaycanlılardan ibarətdir.

Şəkillər

Tanınmışları Böyükbəy Ələkbəroğlu

İstinadlar

Həmçinin bax Əhər Cümə məscidi

Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri Kateqoriya:Cənubi Azərbaycan şəhərləri