Noqay rayonu (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Erken-Şaxar şəhəridir. Coğrafiyası Noqay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə və qərbdə Adıqe-Xabl rayonu, cənubda Xabez rayonu, şimalda Stavropol diyarının Kaçube rayonu. Rayonun ərazisi 209,59 km²-dir (2013-cu ildən bəri). Bu isə Qaraçay-Çərkəz Respublikasının 1,47 % ərazisini əhatə edir. Tarixi Müasir Noqay rayonunun tarixi sələfi, yəni əsasən Noqay yaşayış məntəqələrini birləşdirən inzibati-ərazi vahidi, 1935-1956-cı illərdə mövcud olmuş İkon-Xalq rayonu hesab olunur. 1980-ci illərin sonlarından bəri bölgədəki Noqay ictimaiyyətinin nümayəndələri İkon-Xalq rayonunu bərpa etmək və ya noqay əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini əhatə edəcək ayrı bir rayon təşkil etmək fikrini səsləndirirdiləri.
Bu istəklərin respublika səviyyəsində əməli şəkildə həyata keçirilməsi, 2005-ci ilin iyun ayında başqa bir "milli" rayonun - Abazinin rayonunun təşkili ilə əlaqədar siyasi vəziyyətin gərginləşdiyi dövrdən başlayır. Bununla belə Qaraçay-Çərkəzin noqay əhalisi bir qayda olaraq müxtəlif elit qruplarla qarşıdurmada iştirak etməməyə çalışır. 5 iyun 2005-ci ildə Qaraçay-Çərkəz Xalq Məclisi Abazin və Noqay rayonlarının təşkili haqqında qətnamə qəbul edir.
8 oktyabr 2006-cı ildə rayonun təşkili ilə bağlı yerli referendum keçirildi. Həmin ilin noyabrında onun nəticələri Xalq Məclisi tərəfindən təsdiq edildi və 15 dekabr 2006-cı ildə parlament Noqay rayonunun təşkili haqqında qərarı qəbul edir. 12 oktyabr 2007-ci ildə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasında mərkəzi Erken-Şaxar kəndində olan "Noqay" rayonunun təsisini təsdiq etdi. Bununla əlaqədar Elə həmin ilin noyabr ayında Qaraçay-Çərkəz Respublikası Konstitusiyasına müvafiq dəyişikliklər edilir.
2009-cu ilin dekabr ayında rayonun ilk büdcəsi qəbul edildi. 1 yanvar 2010-cu ildən bəri Noqay rayonu Qaraçay-Çərkəz Respublikasının tam hüquqlu bir subyektidir.
Əhali Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:
XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %noqaylar 11 851 75,68 %ruslar 1 912 12,21 %Çərkəzlər 474 3,03 %abazinlər 267 1,71 %tatarlar 166 1,06 %qaraçaylılar 162 1,03 %digərləri 615 3,93 %milliyyətini bildirməyənlər 212 1,35 %ümumi 15 659 100,0 %
Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 1 533 1 424 2 957 18,88 % 15 — 59 yaş 5 066 5 338 10 404 66,44 % 60 yaşdan yuxarı 793 1 505 2 298 14,68 % ümumi 7 392 8 267 15 659 100,0 %
Kişilər — 7 392 nəf. (47,2 %). Qadınlar — 8 267 nəf. (52,8 %).
Əhalinin orta yaşı — 36,0 yaş. Kişilərin orta yaşı — 33,8 yaş. Qadınların orta yaşı — 37,9 yaş. İstinadlar
Mənbə Официальный сайт Карачаево-Черкесской Республики
Kateqoriya:Qaraçay-Çerkesiya rayonları Kateqoriya:2007-ci ildə yaranmış dövlətlər və ərazilər