Oysxara (çeçen. Ойсхар) qəsəbə və ya kəndi Çeçenistan Respublikasının Qudermes rayonunda yerləşir.

Tərkibindəki yeganə yaşayış yerini Oysxarskoye kənd yaşayış məntəqəsi təşkil edir.

Coğrafiya Kənd "R-217" (Qafqaz) federal magistral yolunda, Kaçkalıkski silsiləsinin şimal ətəyində, Qudermesin regional mərkəzindən 11 km cənub-şərqdə və Qroznı şəhərindən 48 km şərqdə yerləşir. Oysxara kəndinə ən yaxın yerləşən yaşayış məntəqələri: şimal-qərbdə Melçxi və Şuani kəndləri, şərqdə Yuxarı Noyber və Aşağı Noyber kəndləri, cənub-şərqdə Alleroy kəndi, cənubda Tsentaroy kəndi, cənub-qərbdə Baçi-Yurt və qərbdə İlasxan-Yurt kəndi.

Tarix İlk dəfə Oysxara kəndi Qızılyar komendantı, general-mayor D. F. Eropkinin 1732-ci il tarixli "Dağ sahiblərinin qeydiyyatı" adı altında tərtib etdiyi sənəddə xatırlandı. 1770–1773-cü illərdə Qafqazı gəzən təbiətşünas və səyyah I. A. Qildenştedt Oysxaranın bir çeçen kəndi olduğunu qeyd etdi.

Kəndin tsontaroy taypının nümayəndələri olan çeçenlər tərəfindən qurulduğunu A. A. Süleymanov da sübut edir.Топонимия Чечни,Грозный,2006 1790-cı illərdə J. Reineggs, 800 ailədən ibarət olan Oysunqur sakinlərinin "qumuq-Tatar dilində danışdıqlarını" qeyd etdi.A General, Historical, and Topographical Description of Mount Caucasus, Reineggs, стр 54

1820-ci ilin payızında general İ. V. Qurkov, çeçenləri qorxutmaq üçün çıxışları dayandırmaq üçün İstisu, Oysunqur və digər kəndləri tamamilə darmadağın etdi.

28 yanvar 1928-ci ildə Qudermes rayonunun mərkəzi Oysunqur kəndindən Qudermes kəndinə köçürüldü. 1944-cü ildə Çeçenlərin və İnquşların qovulmasından və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Oysunqur kəndi Novoqroznenski adlandırıldı və 1951-ci ilə qədər Qroznı vilayətinin Novoqroznenski rayonunun mərkəzi olmuşdur.Ведомости Верховного Совета РСФСР № 5 1958

1946-cı ildə kəndə şəhər tipli qəsəbə statusu verildi. 1989-cu ildə Novoqroznenski kəndi Oysxar adlandırıldı. 2009-cu ilə qədər şəhər tipli qəsəbə statusundan məhrum olmuş və hazırda Oysxara qəsəbəsi və ya Oysxar kəndi olaraq qeyd edilmişdir.

Əhali 2010-cu il Ümumrusiya Əhali Siyahısına görə kəndin əhali tərkibini 99,85 % çeçenlər və 0,15 % digərləri təşkil edir.

İstinadlar

Kateqoriya:Çeçenistanın yaşayış məntəqələri