thumb|300px|Şuşa qəzası 1 yanvar 1903-ci illər xəritəsi.

Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd.

Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır.

Tarixi Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışdılar"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və o qondarma özünü “Dağlıq Qarabağ respublikası” adlandıran separatçı rejimin nəzarətində olmuşdu. Separatçı rejim tərifindən kənd Ayqestan adlandırılırdı. Bu müddət ərzində Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub.

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali - səh. 1.

İkinci Qarabağ müharibəsi zamanı 5 oktyabr 2020-ci ildə Ballıc kəndində yerləşən silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib.

İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.

19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. İşğaldan azad edildikdən sonra Ballıca kəndinə bir neçə köç prosesi olub. Hazırda kənddə 90 ailə yaşayır. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir.

Ballıca çayı Xocalı rayonunda çay. Qarqar çayının sol qoludur. Suvarma üçün istifadə olunur. Başlanğıcını Ballıca adlı yaylaqdan aldığına görə belə adlandırılmışdır. Yaylaq isə öz adını burada bitən ballıca (öfkəotu) bitkisinin adından almışdır.

Həmçinin bax

C-130 İran təyyarəsinin vurulması (1994)

İstinadlar

Kateqoriya:Xocalı rayonunun kəndləri