thumbnail| Heyratı muğamının notları (Əfrasiyab Bədəlbəylinin işlənməsində) Heyratı – Azərbaycan zərbi muğamı və bu muğam üzərində qurulmuş unudulmuş Azərbaycan rəqsi.

Mənası "Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhər və Əfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə orada Səfəvilər dövlətinin önəmli mərkəzlərindən biri olan Herat bəylərbəyliyi olub. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə "Kabili" sözü bu muğamın başqa bir adı kimi göstərilmişdir.Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Kabili

Özəllikləri Mahur-hindi muğamı kökündə gümrah, nikbin və cəngavər əhvali – ruhiyyəli zərbi muğam. Rast məqamına əsaslanır . Özü də "do" mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi muğamı "Mahur – hindi" muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir. Heyratı nikbin, mərd, qəhrəmani əhval yaradandır. Bütün ifa variantlarında qəzəllə oxunur. Ən mahir ifaçısı Xan Şuşinski hesab olunur. Xanəndə Heyratı oxuyan zaman çox miqdarda nəqarətvari sözlərdən istifadə etmişdir.

Bu muğam üzərində rəqs də mövcud olub, ancaq unudulub. Xalq musiqisini dərindən bilən Cabbar Qaryağdıoğlu Heyratı rəqsini bilirdi.Mustafa Səmənli. İlk Azərbaycan rəqs ansamblı. “Qobustan”.-2009.-№3.-S.39-46.

Heyratı muğam XX əsrin əvvəllərində Türkiyəli musiqişünas Rauf Yektabəyin təşəbbüsü və Məşədi Cəmil Əmirovun köməyi ilə ilk dəfə nota salınıb.Rafael Musayev. Muğamların not yazılarına dair . "Musiqi dünyası" jurnalı.

Heyratı bəstəkar musiqisində Üzeyir Hacıbəyov heyratı muğamını "Leyli və Məcnun" operasına da daxil etmişdir .

Bəstəkar Əfrasiyab Bədəlbəyli isə simfonik zərbi-muğam Heyratını bəstələmişdir.Əfrasiyab Bədəlbəyli. Əfrasiyab Bədəlbəylinin arxiv fondu

Qaynaq

Video "Leyli və Məcnun" operası - Nofəlin xor ilə səhnəsində «Heyratı» zərbi-muğamı Təşkilat Nəsirov - Heyratı (1991) Canəli Əkbərov - Heyratı Muğam-marş Heyratı

Xarici keçidlər Muğam festivalı

Həmçinin bax Azərbaycan musiqisi Muğam Zərbi muğamlar

Kateqoriya:Muğamlar Kateqoriya:Məqam