Nardar Bayramov (; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti.
Həyatı Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib.
Təhsili Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib.
Fəaliyyəti Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir.
Təltifləri Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).
İstinadlar
Xarici keçidlər Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb
Kateqoriya:Saatlı rayonunda doğulanlar