İsrail–Vyetnam münasibətləri — Çin Respublikası və Vyetnam arasındakı mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi və s. əlaqələr. Hazırda bu əlaqələr "hərtərəfli strateji əməkdaşlıq və tərəfdaşlıq" kimi xarakterizə olunur (2010)Генгекретарь ЦК КПВ Нонг Дын Мань: Вьетнам неизменно прилагает усилия по упрочению и развитию всестороннего дружественного сотрудничества с Китаем // 27.05.2010. Ölkələr arasındakı dövlət sərhədinin uzunluğu 1281 km-dir.

Tarixi Çin və Vyetnam ənənəvi olaraq bir-biri ilə ədavətdə olan ölkələr olmuşdur. Eramızın X əsrində Çin hökmranlığından sonra, Vyetnam müstəqillik qazana bildi, lakin gələcəkdə dövlətlər arasında daha bir neçə qarşıdurma baş verdi. 19-cu əsrin sonu və 20-ci əsrin birinci yarısında Çin və Vyetnam müəyyən dərəcədə Avropa müstəmləkəçiliyinə qarşı mübarizə, sonra isə kommunist ideologiyası ilə birləşdi. İkinci Dünya müharibəsi dövründə Fransada kommunistlərin fəaliyyəti qanunsuz elan edildiyi zaman müasir Vyetnam dövlətinin gələcək qurucusu Xo Şi Min və Vyetnam Kommunist Partiyasının digər fəalları Çinə sığındılarДэвидсон Ф. Война во Вьетнаме (1946–1975). — М.: Изографус, Эксмо, 2002. — С. 15..

Çin Fransa ilə silahlı mübarizədə Vyetnama əsaslı dəstək verdi və bunun nəticəsində Vyetnam müstəqilliyini bərpa etdi. Vyetnam müharibəsi zamanı kommunist Şimali Vyetnama əhəmiyyətli hərbi (mühəndis və zenit dəstələrinin göndərilməsi daxil olmaqla) və iqtisadi yardım göstərildiThe Encyclopedia of the Vietnam War. A Political, Social, and Military History. — ABC-CLIO, 2011. — P. 199.

Soyuq müharibə Sovet İttifaqı ilə yanaşı, kommunist Çin Vyetnam müharibəsi zamanı Şimali Vyetnamın mühüm strateji müttəfiqi idi. Çin Şimali Vyetnamı silah və əsas ehtiyaclarla təmin etməklə yanaşı habelə şəxsi heyətin hərbi hazırlığına kömək edirdi. Ancaq Vyetnam kommunistləri Çinin Vyetnamdakı təsirini artırmaq cəhdindən şübhələnirdilər. 1960-cı illərdə Vyetnam Çin-Sovet parçalanması zamanı ideoloji müharibənin bir hissəsi idi. 1964-cü ildə Tonkin körfəzində baş verən hadisədən sonra Den Syaopin gizli şəkildə Şimali Vyetnama hərbi və iqtisadi yardım şəklində, Vyetnamın hər cür Sovet dəstəyindən imtina etməsi şərti ilə yardım edəcəyini vəd etdi. Vyetnam müharibəsi zamanı Şimali Vyetnam və Çin Cənubi Vyetnam məğlub olana qədər ərazi mübahisələrinin həllini təxirə salmağı qərara aldı.

Müasir dövr Sovet İttifaqının dağılması və 1990-cı ildə Vyetnam qoşunlarının Kambocadan çıxarılması ilə Çin və Vyetnam arasında münasibətlər xeyli yaxşılaşdı. 2000-ci ildə Vyetnam və Çin quru və dəniz sərhədləri ilə bağlı razi mübahisəsini uğurla həll etdi. 2002-ci ildə Tszyan Tszemin Vyetnama rəsmi səfər etdi və burada ticarət və əməkdaşlığın genişləndirilməsi, habelə qarşıda duran məsələlərin həlli üçün çoxsaylı sazişlər imzaladı.

Ticari əlaqələr 1991-ci ildə ticarət əlaqələri bərpa edildikdən sonra, ikitərəfli ticarət 1991-ci ildəki 32 milyon dollardan 2004-cü ildə təxminən 7.2 milyard dollara yüksəldi. 2012-ci ildə ticarət 40 milyard dollar, o cümlədən Çin ixracı 28.8 milyard dollar olduВЬЕТНАМ: Внешняя политика на службе модернизации // cyberleninka.ru.

Vyetnamın Çinə ixracı: neft, kömür, qəhvə və qida məhsulları. Çinin Vyetnama ixracı: dərman, avtomobil, yağ, gübrə və avtomobil ehtiyat hissələri"China, Vietnam Seek Ways to Improve Bilateral Relations" // China Radio International, 5.10.2011.

İstinadlar

Kateqoriya:Vyetnamın ikitərəfli əlaqələri Kateqoriya:Çinin ikitərəfli əlaqələri Kateqoriya:Müstəmləkəçi və keçmiş müstəmləkə arasında münasibətlər