200px|thumb|right|Temza çayında Jak-Jozef (Ceyms) Tisso (, , ) — karyerasının çox hissəsini İngiltərədə keçirən bir fransız rəssamı.
Uşaqlığı və gəncliyi Tisso 1836-cı il oktyabrın 15-də Fransanın Nant şəhərində bir italyan əsilli ailənin uşağı olaraq dünyaya gəlmişdi. Atası Marşel Teodor Tisso bacarıqlı bir pərdəlik parça ticarətçisi və anası Mariye Durand isə bir şapqaçı idi. Tisso da anası kimi çox gənc yaşlarında katolik dininə keçdi. Tissonun Nantdan ilham alaraq gənc yaşlarında liman və gəmi rəsmlərini çəkdiyi düşünülür. 17 yaşında rəssam olmağı seçdi. Atası bu qərarı dəstəkləməsə də, nəticədə ona rəssam olmağa icazə verdi.
Karyerası 1856 və ya 1857-ci illərdə incəsənət təhsilini davam etdirmək üçün Parisə getdi. Təxminən 1863-cü ildə Tisso qəflətən orta əsrlər tərzi portretlərini və müasir həyatın təsvirlərini rəsmlərində göstərməyə başladı. Bu dövrdə Tisso qəflətən yüksək tənqidi bəyənmə aldı və çox danışıldı. Sürətlə özünü uğurlu bir sənətkar olmağa həsr etdi. Alfred Stevens və Klod Mone kimi yapon rəsmləri və paltarlarından təsirlənmış, bəzilərini rəsmlərində qeyd etmişdi. Fransa–Prussiya müharibəsində vuruşdu. 1871-ci ildə naməlum səbəblərdən Parisdən Londona yola düşdü. Rəsmləri "Vanity Fair" jurnalında, eləcə də Kral Akademiyasında sərgiləndi.
Qaleriya
Həmçinin bax Qustav Dore Arman Qiyomen Pol Sezan Mark Şaqal Lui Dager
İstinadlar
Xarici keçidlər Ceyms Tissonun 206 əsəri Ceyms Tisso: Məsihin həyatı. Bruklin Muzeyində sərgi 2009 Ceyms Tissonun bibliya sənəti Kateqoriya:Fransanın Roma katolikləri