Nailə Əsgərzadə (ru. Наиля Аскер-заде; tam adı: Nailə Vaqif qızı Əsgərzadə; ) — Azərbaycan əsilli Rusiya jurnalisti və televiziya aparıcısı.
Həyatı 1987-ci dekabrın 13-də ildə Bakıda alim və həkim ailəsində doğulub.
2019-cu il dekabrın 2-də Rusiya siyasətçisi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu (KMF) iddia edib ki, Nailə Əsgərzadə Bombardier Global 6000 biznes təyyarəsindən və 62 metrlik SEA&US yaxtasından istifadə edir. KMF habelə Nailə Əsgərzadəyə aid olan daşınmaz əmlakı araşdırıb. Daşınmaz əmlakın vahid dövlət reyestrindən iki çıxarışdan məlum olur ki, 2015-ci ildən Nailə Əsgərzadə Moskva ətrafındakı "Jukovka-3" kotec qəsəbəsində 53 sot torpaq sahəsinə və sahəsi 923 kvadratmetr olan evə sahibdir. Fond bildirir ki, 2019-cu ilin aprelində Rusiyada mediaya nəzarət edən Roskomnadzor internet resurslarda Rusiyanın VTB dövlət bankı və onun rəhbəri Andrey Kostin, habelə Nailə Əsgərzadə barədə minədək materiala çıxışı bloklayıb. Aprelin 4-də baza nəşri bildirirdi ki, "Yandeks. Dzen" axtarış mühərriki əvvəlcə VTB-yə, sonra isə Nailə Əsgərzadəyə məxsus olan yüz milyonlarla dollarlıq mənzil barədə araşdırmanı internetdən silib.
İstinadlar
Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Rusiya azərbaycanlıları