Qızılı donbalankök () — çoxillik bitki.
Qısa morfoloji təsviri Çoxillik, hündürlüyü 10–35 sm, gövdəsi budaqlı, yarpaqsız olan, kökyumrulu bitkidir. Kök yumruları kürəvari, diametri 3,5 sm, torpaqda dərin yerləşir. Yarpaqları yalnız kökyanı, oturaq, lələkvari, əsasından pazvaridir, bir qayda olaraq qarşılıqlıdır. Ləçəkləri təxminən 10 mm uzunluqda, tərsyumurtavari, parlaq sarı rəngdədir. Meyvəsi ellipsvari və ya uzunsov, hər iki tərəfdən daralan qutucuqdur.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
Yayılması BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustan, Abşeronın rayonlarında arandan aşağı dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, əkin sahələrində, yataq torpaqlarda bitir.Флора Азербайджана. Баку: Изд. АН Азерб. ССР, 1950–1961, Т. I–VIII.
İstinadlar
Kateqoriya:1867-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Avrasiya florası