Rodriqo Silva de Qoes () — qısaca Rodriqo olaraq bilinən Real Madrid FK-nun braziliyalı hücum oyunçusu.
Klub karyerası Santos
San-Paulu-da Osasko-da doğulan Rodriqo, 2011-ci ildə Santos FK-nun aşağyaş komandasına qatıldı.Rodriqo başlanğıcda Futzal komandasında çıxış edirdi. 2017-ci ilin mart ayında Peru-nun Sporting Cristal'a qarşı Libertadores Kuboku matçı üçün meneceri Dorival Júnior tərəfindən ilk komandaya çağrıldı. 21 iyul 2017-ci ildə Rodrygo beş illik müqaviləni qəbul etdikdən sonra ilk peşə müqaviləsini imzaladı. Noyabrın 1-də müvəqqəti menecer Elano tərəfindən əsas komandaya yüksəldi.
Real Madrid
15 iyun 2018-ci ildə Real Madrid, Rodriqonun transferi üçün Santos FK ilə razılığa gəldi, oyunçu 2019-cu ilin iyununda Los Blancos-a qoşuldu və 2025-ci ilə qədər müqaviləni imzaladı. İddialara görə, ödəniş 45 milyon avro idi. Santos 40 milyon avro aldı. 25 sentyabr 2019-cu ildə Rodrygo ilk matçına çıxdı və liqada ilk qolunu Osasuna'ya bir dəqiqə içində vurdu. 6 noyabr 2019-cu il, 18 yaş 301 gün olan Rodriygo, 2019-20 UEFA Çempionlar Liqasında qrupun dördüncü oyununda Qalatasaray-a qarşı 3 qol vurdu.
Milli komanda
30 mart 2017-ci ildə Rodriqo Braziliya U-17 komandasna dəvət alır.
7 mart 2018-ci ildə komanda yoldaşı Yuri Alberto ilə birlikdə U-20 komandasına çağrılır. Lakin hər ikisi də klub prezidentinin istəyindən sonra komandadan ayrılır.
2019-un noyabrında Rodriqo Qoes ilk dəfə olaraq Braziliya millisinin əsas komandasına dəvət alır. Səudiyyə Ərəbistanı-nın Ər-Riyad şəhərindəki çempiyonat oyunuda (Argentina millisinə qarşı) son 20 dəqiqə Villyanı əvəz etdi.
+RGTam adıRodriqo Silva de qoesDoğum tarixi9 yanvar 2001 (yaş 19)Doğum yeriOsasco, BraziliyaBoyu1.74 m MövqeyiCinahKlub məlumatıHazırkı klubuReal MadridNömrəsi27
İstinadlar
Kateqoriya:Osaskoda doğulanlar Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Braziliya U-20 milli futbol komandası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Santos FK futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:İspaniyada legioner Braziliya idmançıları Kateqoriya:Braziliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları