Nailə Rasim qızı Rəhimbəyli () — AMEA Memarlıq və İncəsənət İnstitutunun "Kulturologiya və incəsənətin nəzəriyyəsi" şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor.
Həyat və yaradıcılığı Nailə Rəhimbəyli 21 iyul 1968-ci ildə Gəncə şəhərində anadan olub. 1992-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Tarix-nəzəriyyə" fakültəsinin musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bitirərkən musiqişünas, musiqi fənləri üzrə müəllimə, tədqiqatçı və mühazirəçi ixtisasları verilmişdir.
1987–1999-cu illər ərzində Gəncə Qəmbər Hüseynli adına orta ixtisas musiqi texnikumunda (sonrakı adı ilə Gəncə Musiqi Kolleci), 1999–2016-cı illərdə isə Bakı Musiqi Akademiyasında "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasında çalışıb.
2004-cü ildə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, 2014-cü ildən isə "Musiqi folkloru" söbəsinin müdiri vəzifəsində işləyib.
2023-cü ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun "Musiqi tarixi və nəzəriyyəsi" şöbəsinin baş elmi işçisi vəzifəsində işləyib. 2025-ci ildən isə həmin institutun "Kulturologiya və incəsənətin nəzəriyyəsi" şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
2000-ci ildə "Şəmsi Bədəlbəylinin yaradıcılığı kontekstində Azərbaycanda musiqili teatrın yaranması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, sənətşünaslıq elmləri namizədi elmi dərəcəyə layiq görülmüşdür. 2012-ci ildə "Aşıq Qərib" dastanının melo-poetik xüsusiyyərləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəyəsini alıb.
2007-ci ildə isə Ali Attestasiya Komissiyası tərəfindən dosent, 2017-ci ildə isə professor elmi ada layiq görülüb.
2003-cü ildən Azərbaycanda və xarici ölkələrdə keçirilən Beynəlxalq Sempozyumlarda məruzələrlə çıxış edib.
Dörd monoqrafiya, iki dərs vəsaiti, bir metodik tövsiyə, 109 elmi məqalələrin müəllifidir. "İncəsənətdə keçən ömür" kitabı 2003-cü ildə Humay Milli mükafata layiq görülüb.
YAP-ın və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, "Qızıl qələm" mükafatının laureatıdır.
Ailəsi Ailəlidir, üç övladı var.
Əsas elmi nailiyyət Azərbaycan dastanı ilk dəfə olaraq elmi-nəzəri baxımından təhlil olunub. "Aşıq Qərib" dastanının poetik mətni ilə bərabər lad-intonasiya, melodika, ritmika və formayaradıcı amilləri üzərində elmi araşdırma və nəzəri təhlil aparılıb.
Əsərləri Elmi əsərləri "İncəsənətdə keçən ömür" (rus və azərbaycan dillərində), ""Aşıq Qərib" dastanının melo-poetik xüsusiyyətləri", "Novruz və Qəndab" dastanı, "Gülnaz Abdullazadə", "Rast ladına əsaslanan aşıq havalarının təhlili" (dərs vəsaiti), "Şur və Segah ladına əsaslanan aşıq havalarının təhlili" (dərs vəsaiti).
Təltiflər "Humay" Milli mükafatı "Qızıl qələm" mükafatı
İstinadlar