Nikokreon (; vəfat tarixi e.ə. 311/310) — Makedoniyalı İsgəndərin Əhəmənilər dövlətinə qarşı yürüşü dövründə (e.ə. 336—323) Kipr şəhəri Salamində hakimiyyətdə olan hökmdar.

Hakimiyyətə atası Pnitaqordan sonra e.ə. 332/331-ci ildə gəldi.

Adanın digər şəhərlərinin hökmdarlarıyla birlikdə makedoniya çarının hakimiyyətini müqavimətsiz tanıdı və e.ə. 331-ci ildə İsgəndərin Misirdən bərpa edilmiş Finikiya şəhəri Tirə qayıdışı zamanı teatr tamaşalarının təşkilində fəal iştirak edirdi.

Böyük İsgəndərin vəfatından sonra diadoxların mübarizəsində iştirak edirdi. Misir satrapı I Ptolemeyin sərkərdələri I Selevk və Menelausla birlikdə e.ə. 315-ci ildə o, adada I Antiqonun tərəfdarlarıyla fəal mübarizə aparırdı. Buna görə o, Kiprdə ali hakimiyyəti əlinə aldı və Kition, Kiriniya, Lapitos və Marion şəhərlərini öz ərazilərinə birləşdirdiДиодор Сицилийский Историческая библиотека Книга XIX. Отрывки 59, 62 Диодор Сицилийский Историческая библиотека Книга XIX. Отрывок 79 .

Nə Demetri Poliorketin Salaminə hücümu, nə də e.ə. 306-cı ildə baş verən Salamin döyüşünə aid səlnamələrində Nikokreonun adı çəkilmir, buna görə də ehtimal olunur ki, o ana qədər Nikokreon artıq vəfat etmişdir.

Nikokreon filosof Anaksarxı amansızcasına edam etməyi əmr etmişdir. Həmçinin, bu hadisə haqda hekayələrə Siseronref>Цицерон, Тускуланские беседы, II 22, 52; О природе богов, III 33, 82.</ref> və Valeri MaksiminВалерий Максим, III 3 ext. əsərlərində də rast gəlmək olar.

İstinadlar

Ədəbiyyat Диодор Сицилийский. «Историческая библиотека» Плутарх. «Сравнительные жизнеописания. Александр и Цезарь» Kateqoriya:Qədim Yunanıstanın hökmdarları