Ciovanni "Cianni" De Byazi (, ) — İtaliya keçmiş futbolçusu, baş məşqçisi. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində oynamışdır. Onun həm İtaliya, həm də ki Albaniya vətəndaşlığı var. De Byazi Albaniya milli futbol komandasını hansısa bir böyük turnirin, yəni UEFA Avro 2016-nın təsnifat mərhələsindən keçirən ilk baş məşqçi idi.

Futbolçu karyerası De Byazi İtaliyanın Trevizo əyalətinin Sarmede kommunasında anadan olmuşdur. Yarımmüdafiəçi olan de Byazi peşəkar karyerasına "İnter Milan" FK-da start vermişdi. Onun birinci heyətdə olmasına baxmayaraq, komanda üçün heç vaxt çıxış etməmişdir və 1975-ci ildə Seriya C liqasında oynayan "Recana" FK-a, növbəti il isə Seriya A liqasına təzəcə yüksəlmiş "Peskara Kalsio" FK-a icarəyə verilmişdir. O, 1977-ci ildə "Breşiya" FK-a transfer edilmişdir. De Byazi klubda növbəti beş mövsüm çıxış etmişdir, amma onlardan yalnız birini A Seriyasında liqasında keçirmişdir. O, 1983-cü ildə "Palermo" komandasına transfer edilmişdir. De Byazi daha sonra "Viçentsa" və "Trevizo" komandalarında oyun keçirmişdir. De Byazi futbolçu karyerasını 1990-cı ildə sona çatdırmışdır.

Məşqçilik karyerası

Deportivo Alaves Cianni de Byazi 22 sentyabr 2017-ci ildə İspaniyanın "La Liqa"sında çıxış edən "Alaves" FK-nun baş məşqçisi təyin olunmuşdur. O, həmin ilin noyabr ayının 27-də bu vəzifədən azad edilmişdir.

Şəxsi həyatı Cianni de Byazi 28 mart 2015-ci ildə İtaliya vətəndaşlığına əlavə olaraq, Albaniya vətəndaşlığı almışdır.

Baş məşqçi statistikası

Klubİldənİlə qədərMatçlar Bassano U19– Visenzo Vasteze Kalsiyo Karpi Kozentsa Kalsiyo28712925.00 SPAL341114932.35 Modena13963433345.32 Breşiya6114212622.95 Torino4824141050.00 Torino1453635.71 Levante30841826.67 Torino22731231.82 Udineze1133527.275421122138.89 Alaves1040640.00 AzərbaycanÜmumi45016712815537.11

İstinadlar

Xarici keçidlər

Former coach of Albania Gianni De Biazi of Arbëresh descent?

De_Byazi Kateqoriya:Venetoda doğulmuş futbolçular Kateqoriya:Palermo FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:Breşiya FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Peskara FK futbolçuları Kateqoriya:Recana FK futbolçuları Kateqoriya:Viçentsa FK futbolçuları Kateqoriya:İtaliya D Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:Alaves FK məşqçiləri Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya B Seriyası məşqçiləri Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri