Xalatala — Azərbaycan Respublikasının Balakən rayonunun Xalatala kənd inzibati ərazi dairəsində kənd.

Qabaqçölün tərkibində olan 6 kənddən biridir. Əhalisi avarlardan ibarətdir.

Tarixi Alazan-Əyriçay çökəkliyindədir. Oykonim avar dilindəki xala (uzun) və Azərbaycan dilindəki tala (meşəliklə əhatə olunmuş açıq sahə) komponentlərindən düzəlib, "uzun tala" mənasındadır. Keçən əsrdə Ermənistan ərazisində də Uzuntala adlı kənd qeydə alınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.334

Əhalisi Əhalisi avarlardan ibarətdir.

İstinadlar

Xarici keçidlər Balakən Rayonu http://www.azstat.org/region/az/005_1.shtml Balakən Rayonu

Kateqoriya:Balakən rayonunun kəndləri