Anastasiya İqorevna Todorova (; ) — Ukrayna idmançısı, kayakçı, Ukraynanın beynəlxalq idman ustası. Odessada yaşayır.
2015-ci ildə Odessa Humanitar Universitetinin Hüquq fakültəsində oxuyurdu. Anastasiyanın digər idman hobbiləri arasında basketbol, voleybol yer alırlar, qışda isə buzüstü xokkeydir.
2015-ci ilin iyununda, ilk Avropa Oyunlarında Maria Povx ilə birlikdə kayak-cütlük növündə bürünc medalı qazandı (37,719). Elə həmin il Çexiyada keçirilən Avropa çempionatında gümüş medal qazandı.
Ukrayna milli komandası ilə birlikdə 500 metrlik kayak-dördlük növündə iştirak etmək üçün 2016 Olimpiadasına getdi, dördüncü yeri tutdu.
İstinadlar
Kateqoriya:2015 Avropa Oyunlarında kanoeçilər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında kanoeçilər Kateqoriya:Ukrayna kanoeçiləri