Cleopatra () – Azərbaycanı 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Samirə Əfəndiyevanın müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri və musiqisi Luuk van Beers, Alan Roy Scott və Sarah Lake-yə aiddir. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcəkdi. Koronavirus xəstəliyi ilə əlaqədar olaraq, yarışma təxirə salınmışdır və Samirə Əfəndiyeva İTV-nin qərarıyla 2021-ci ildə keçiriləcək müsabiqədə Azərbaycanı yeni bir mahnı ilə təmsil edəcək.
İstinadlar
Həmçinin bax Samirə Əfəndiyeva 2020 Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:2020-ci ilin mahnıları Kateqoriya:Azərbaycanın Avroviziya mahnıları Kateqoriya:2020 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2020-ci ilin sinqlları Kateqoriya:LGBT mövzulu mahnılar