link=https://en.wikipedia.org/wiki/File:Journalists_killed_and_murdered_in_Europe_(1992-2018).svg|thumb|Avropada vəzifə və ya təyinat zamanı öldürülən jurnalistlərin sayı (siyahıya daxil olan bütün ölkələr xəritəyə daxil edilməyib). 1992–2017-ci illər. Bu siyahıda avropada öldürülən jurnalistlərin adları qeyd olunmuşdur.
Avropa Birliyinə daxil olan jurnalistlərin bir çoxu yaxşı şəraitdə çalışsa da,jurnalist qətli halları baş verir və təəsüf ki,cinayətkarların çoxu hələ də cəzasız qalıb.
Abxaziya
Aleksandr Tatl — "The Wall Street Journal"ın müxbiri. 22 sentyabr 1993–cü ildə içində olduğu hərbi təyyarə Abxaziya hava müdafiəsi qüvvəsi tərəfindən raketlə vurulmuşdur. Andrey Soloviyev — ITAR–TASS-ın fotojurnalisti. 27 sentyabr 1993–cü ildə Suxumidə snayper tərəfindən öldürülmüşdür. Georgi Çanya — "Resonants"ın müxbiri. 26 may 1998–ci ildə Abxaziya üsyançıları ilə Qali yaxınlığında Gürcüstan partizan dəstələri arasında baş verən döyüşlər haqqında məlumat verərkən öldürülmüşdür.
Azərbaycan
Salatın Əsgərova — "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri. 6 yanvar 1991-ci ildə Böyük Qaladərəsi kəndi yaxınlıqlarında erməni separatçılar tərəfindən öldürülmüşdür.КРОВАВЫЙ ОМУТ КАРАБАХА (Bloody Slough of Karabakh) by Yuri PompeyevStatistics on deaths of journalists and media workers 1990-2002 International Federation of Journalists Alı Mustafayev — Azərbaycan Televiziyasının müxbiri. 20 noyabr 1991-ci ildə içərisində olduğu helikopterin Qarakənd yaxınlıqlarında erməni separatçılar tərəfindən vurulması nəticəsində həlak olmuşdur. Çingiz Mustafayev — "Demokratik Rusiya Mətbuat Agentliyi"nin fotojurnalisti. 15 iyun 1992-ci ildə Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında gedən döyüşləri lentə alarkən erməni hərbi hava qüvvələri tərəfindən öldürülmüşdür. Adil Bünyatov — "Reuters" və "Turan İnformasiya Agentliyi"nin operatoru. 17 mart 1995–ci ildə baş verən üsyanı lentə alarkan polis qüvvələri tərəfindən oldürülmüşdür. Elmar Hüseynov — "Monitor" jurnalının təsisçisi və redaktoru. Müxalif yazıları ilə tanınan Elmar Hüseynov 2 mart 2005-ci ildə yaşadığı mənzildə qətlə yetirilmişdir. Novruzəli Məmmədəli — "Tolişi Sado" qəzetinin redaktoru. 17 avqust 2009-cu ildə vəziyyəti ağırlaşdığı üçün aparildığı xəstəxanada vəfat etmişdir. Onun ölümü Bakıda yerləşən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən hökümətin etinadsızlığı tərəfindən pislənilmişdir. Rafiq Tağı — Azadlıq radiosunun jurnalisti. 19 noyabr 2011–ci ildə bıçaqlanmış və 23 noyabr 2011–ci ildə xəstəxanada vəfat etmişdir. Rasim Əliyev — Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri. 2015-ci il avqustun 8-də döyülərək bir gün sonra, avqustun 9-da Bakıdakı xəstəxanalardan birində vəfat etmişdir. Bakıda fəaliyyət göstərən 30 yaşlı reportyor Rasim Əliyev azərbaycanlı futbolçu Cavid Hüseynovu xarici jurnalistə qarşı pis rəftarına görə tənqid etdikdən sonra ona özünü futbolçunun qohumları kimi təqdim edən şəxslərdən telefon zəngləri gəlib. Nəhayət, o, Bakının gediş-gəlişli və məskunlaşmış bir ərazisində təhlükəsiz kimi görünən bir yerdə görüşməyə razılıq verib, lakin, elə həmin yerdə bir qrup şəxs tərəfindən döyülüb. Sirac Abışov — Azərbaycan Televiziyasının operatoru. 4 iyun 2021-ci il tarixində, Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı nəticəsində həlak olmuşdur. Məhərrəm İbrahimov — Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri. 4 iyun 2021-ci il tarixində, Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı nəticəsində həlak olmuşdur.
Ermənistan
Tiqran Nağdalyan — Müxbir. 28 dekabr 2002–ci ildə İrəvanda başından ölümcül şəkildə vurulmuşdur.
İstinadlar
Həmçinin bax Mətbuat azadlığı
Kateqoriya:Avropada jurnalistika Kateqoriya:Avropa siyahıları Kateqoriya:Avropada qətllər