Alliqatorlar () — timsahlar dəstəsinə aid fəsilədir.

Təsviri Alliqatorlar timsahlar dəstəsinin digər nümayəndələrindən daha geniş sifəti və başın daha yuxarı, daha dorsal hissəsində yerləşmiş gözləri ilə fərqlənirlər. Əsl timsahlarla müqayisədə alliqatorlarda çənələr kip örtüldükdə yalnız üst çənənin dişləri görünür. Bəzi fərdlərdə dişlər güclü deformasiyaya uğramış olur. Böyük olmayan fərdlərin gözləri yaşıl, iri fərdlərinki isə tünd qırmızı parıltı saçır. Bu, gecə vaxtı onları müşahidə etməyə imkan verir.

Yayılması Çində Yantsızı çayında, Cənub-Şərqi Amerikada, eləcə də Mərkəzi və Cənubi Amerikanın su hövzələrində yaşayırlarMustafayev Q. T., Tağıyev Ə. N., Sadıqova N. A. Onurğalılar zoologiyası. Dərslik. Bakı: Bakı Universiteti Nəşriyyat, 2009, s.288–202.

Təsnifatı Fəsilənin 4 cinsə mənsub 8 müasir növü var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Timsahlar Kateqoriya:Alliqatorlar