Millət dostları — Yaradıcılığının birinci dövründə dram əsərləri yazan Əbdürrəhim bəy Haqverdiyev, ikinci dövründə (1905–1920) Azərbaycan ədəbiyyatında hekayə janrına daha çox üstünlük vermişdir. Bu illərdə o, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradır, onun yeni məzmunla zənginləşməsinə, formaca kamilləşməsinə kömək edir. Həmin dövrdə ədib bir sıra səhnə əsərləri də yazmışdır: "Millət dostları" (1905), "Ağa Məhəmməd şah Qacar" (1907), "Ac həriflər" (1911), "Xəyalat" (1911) və s. təşkil edir.
Əsərin mövzusu Kiçik həcmli "Millət dostları" adlı satirik pyesdə ədib, özünü "millət dostları" adlandıran burjua ziyalılarının ikiüzlülüyünü, sözləri ilə əməlləri arasındakı ziddiyyəti tənqid edir. Mühəndis Firudin bəy, meşəbəyi Səfər bəy, təbib Vəli bəy, vəkil Əsgər bəy, silistçi Mürsəl bəy xalq adından, millət adından yalandan danışır, canıyananlıq edir, özlərini "qeyrətli müsəlman", "millət qeydkeşi", "müsəlman camaatının həmişə qabağa getməsinə çalışan" kimi göstərirlər. Qadın və şərabı hər şeydən əziz tutan həmin adamlar, əslində xalqı, milləti ələ salan tüfeylilərdir. Ədib həmin burjua "ziyalı"larını orijinal bir yolla ifşa edir:
Obrazlar Əsgər bəy – dava vəkili Səfi – Əsgərbəyin nökəri Firudun bəy – injiner Səfər bəy – meşəbəyi Vəli bəy – təbib Mürsəl bəy – silistçi
Həmçinin bax Dağılan tifaq Bəxtsiz cavan Ağa Məhəmməd Şah Qacar (pyes)
İstinadlar
Xarici keçidlər Əbdürrəhim bəy Haqverdiyev (Əbdürrəhim bəy Haqverdiyevin 140 illiyinə həsr olunmuş metodik vəsait) Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib- Haqverdiyev-150
Kateqoriya:Əbdürrəhim bəy Haqverdiyevin pyesləri Kateqoriya:Azərbaycan dilində pyeslər Kateqoriya:XX əsr pyesləri