Mehrimah Sultan () — 30. Osmanlı sultanı II Mahmudun altıncı qızı.

Həyatı Mehrimah Sultan 10 iyun 1812-ci ildə dünyaya gəldi. Atası Osmanlı sultanı II Mahmud, anası isə Hoşyar Sultandır. Dünyaya gəlişi eyni ildə anadan olan bacısı Şah Sultan və Şahzadə Bəyazid ilə birlikdə imperiyanın hər tərəfinə elan edilmişdir. 6 aprel 1836-cı ildə mühüm dövlət adamlarından Səid Mehmed Paşa ilə nikahlanmışdır. Şeyxülislam Məkkəyizadə Mustafa Əfəndinin kəsdiyi nikah əsnasında sultanın vəkili olaraq dövrün Darüssəadə ağası Abdullah ağa və hərəm ağalarından Osman ağa iştirak etmişdir. Cütlüyün toy mərasimi isə 28 aprel 1836-cı ildə Dolmabağça sarayında baş tutmuş və 9 gün davam etmişdir. Toy mərasiminin ardından qardaşları Şahzadə Əbdülməcid və Şahzadə Əbdüləziz Səadabad qəsrində sünnət edilmişdir.

Ancaq çox keçmədən 31 avqust 1838-ci ildə doğum əsnasında vəfat etmişdir. Cənazəsi Nəqşidil Sultan türbəsinə dəfn edilmişdir. Dünyaya gələn oğlan uşağı da çox yaşamamışdır.

Mənbə Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 505-506 Mehmet Işık, Siyaset ve Şenlik: 1836 Sur-i Hümayun, İstanbul 2014

İstinadlar

Kateqoriya:Osmanlı sülaləsi Kateqoriya:Osmanlı sultanlarının qızları