Çelsi hoteli (, həmçinin Chelsea hotel və ya sadəcə the Chelsea) — Nyu-York şəhərinin ən məşhur hotellərindən biri. Manhettenin Çelsi rayonu Yeddinci və Səkkizinci prospektlər arasındakı 23-cü küçədə yerləşir.
Tünd qırmızı kərpicdən tikilən 13 mərtəbəli bu bina 1884-cü ildə inşa edilmiş və 1905-ci ilə qədər yaşayış kooperativi kimi istifadə olunurdu. Mehmanxana Nyu-Yorkda yerləşən ilk yer idi ki, ABŞ Tarixi Yerlərin Milli Reyestrinə əlavə olunmuşdur (1977-ci il).
2008-ci ildə Kann Film Festivalında Abel Ferraranın Çelsi hoteli və qonaqları haqqında çəkdiyi sənədli filmin premyerası baş tutmuşdur.
Məşhur qonaqları hotelin otaqlarında Mark Tven, O. Henri, Dieqo Rivera ilə Frida Kalo, Jan Pol Sartr, Edit Piaf kimi məşhurlar qalmışdılar. Gəmi dokların yaxınlığı səbəbindən açılışdan sonra hotelin əsas müştəriləri qızlarla əylənmək istəyən dənizçilər idi və 1912-ci ildə "Titanik" in sağ qalan sərnişinləri məhz burada məskunlaşdırılmışdılar. Artur Klarkın 2001:Kosmik odisseya romanını burada yazmışdır."Famous residents of the Chelsea hotel" , The Telegraph (London), August 2, 2011 and poets Allen Ginsberg. Şairlər Allen Qinzberq"The 10 best Chelsea hotel moments" by Hermione Hoby, The Guardian, December 19, 2010 və Qreqori Korso fəlsəfi və bədii mübadilə etmək üçün bu yeri seçmişdilər. Şair Dilan Tomas 18 porsiya viski içdikdən sonra 205-ci otaqda özünü pis hiss etdi; xəstəxanaya çatdırıldı və orada öldü. hotelin adı bir çox mahnılarda keçir, o cümlədən "Chelsea hotel #2" (Leonard Koenin Cenis Coplinilə hotel otağında sevişməsi barədə ballada"How Leonard Cohen Met Janis Joplin: Inside Legendary Chelsea hotel Encounter" by Jordan Runtagh, Rolling Stone, November 14, 2016) və "Chelsea Morning" (Coni Mitçellin 1969-cu ildə yazdığı mahnı, hansı ki Cudi Kollinz tərəfindən də ifa olunmuşdur) Dövrünün təsdiq edilmiş ən uzunömürlü insanı rəssam Alfius Koul 112 yaşında burada vəfat etmişdir, o ana qədər burada 35 il yaşamışdır.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Manhettendəki binalar və tikililər Kateqoriya:Nyu-York hotelləri Kateqoriya:Midtaun-Manhetten Kateqoriya:Manhetten hotelləri