Nəbilər (əvvəlki adı: Quşyuvası) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.
Etimologiya Kəndin keçmiş adı Quşyuvası olub. Kənd qızılquş yuvaları olan və Quşyuvası adlanan meşəlik sahədə salındığına görə belə adlandırılmışdır. Kəndin bünövrəsini qoyan Nəbi adlı şəxsin şərəfinə, kəndin adı 1992-ci ildə dəyişdirilərək, Nəbilər adlandırıldı. Kəndin hazırkı Nəbilər adı Nəbi nəslindən olanlar yaşayan kənd mənasındadır.
Tarixi Yaşayış məntəqəsi XIX-cu əsrdə indiki Laçın rayonunun Alxaslı kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci ildə Üçtərəfli bəyanat əsasında azad olunmuşdur.
13 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi kənddən videogörüntülər hazırlamışdır.
Coğrafiya Kəndin ərazisi meşəlikdir, kənd dağətəyi ərazidə yerləşir.
Yaylaqlar, bulaqlar, məşhur yerlər
Yaylaqlar Nəbilər kəndinə məxsus olan bu yaylaqlar var: Şartapılan yurd, Dərədamının yurdu, Evinqabağı yurd, Yelliyurd, Maralatan yurd, Qapanlı yurdu, Əmrahın damının yurdu, Donuzdamı yurdu.
Bulaqlar Nəbilər kəndinə məxsus olan bu bulaqlar var: Bəhmənin bulağı, Şor bulaq, Şəmşirin bulağı.
Məşhur yerlər Nəbilər kəndinə məxsus olan bu məşhur yerlər var: Şişinbaşı, Baxacaq, Məmmədin darı, Qaraqayalar, Şoralının kahası, Tələlər.
Əhalisi
İstinadlar
Həmçinin bax Günəşli (Kəlbəcər) Ağbulaq (Kəlbəcər)
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri