Metilvinilketon (3-buten-2-, МВК, MVK) — üzvi birləşmədi, ketondu, kimyəvi formulu CH3COCH=CH2. Rəngsiz, pis iyli mayedir. Dərini qıcıqlandırır və zəhərlidir. Polimer və sopolimerlərin alınmasında istifadə edilir.
Fiziki xassələri Rəngsiz mayedir, qıcıqlandırıcı iyi var. Molyar kütləsi 70,09 q/mol. qaynama temperaturu 81,4 °C. Suda, spirtdə, asetonda və sirkədə həll olur.Sıxlığı = 0,8636, şüasındırma əmsalı = 1,4084.
Kimyəvi xassələri Müəyyən müddət saxladıqda polimerləşir və ağ rəngsiz kütləyə çevrilir. Yüksək kimyə vi aktivliyə malikdir, ikiqat rabitə ilə spirtə və bəzi efirlərlə birləşir.
Tətbiqi Polimer və sopolimerlərin alınmasında istifadə olunur.
Bioloji xüsusiyyətləri Bakterisid və funqsid xassələrə malikdir, dəriyə düşdükdə qıcıqlandırır.
Mənbə Яновская Л. А. Метилвинилкетон // Химическая энциклопедия: в 5 т. / И. Л. Кнунянц (гл. ред.). — М.: Большая Российская энциклопедия, 1992. — Т. 3: Меди—Полимерные. — С. 59. — 639 с. — 48 000 экз. — ISBN 5-85270-039-8.
Kateqoriya:Ketonlar Kateqoriya:Monomerlər Kateqoriya:Ağciyər agentləri