— əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir.
"Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır. Digər media məhsullarındakı hekayələr ilə birlikdə bu seriya bir dram serialı ilə müqayisə edilə biləcək dərəcədə hekayə dərinliyinə və davamlılıq səviyyəsinə malikdir.
Videooyunlar
Əsas seriya
Yan məhsullar
Kompilyasiyalar
Digər media məhsulları
Manqa və romanlar
Reklamlar
Radio şouları
Oyuncaqlar "Front Mission" seriyası bir sıra oyuncaqların və oyuncaq komplektlərinin istehsal edilməsinə səbəb olmuşdur. 1997-ci ildə "Front Mission 2" oyununun buraxılışından sonra Kotobukiya oyunlardan seçilmiş "Zenit V" kimi üç ədəd vanzer (mex) formasında olan oyuncaq istehsal etmişdir. 1999-cu ildə Kotobukiyanın ARTFX komandası "Zenit RV" kimi "Front Mission 3" oyununda görülən vanzerlərin altı düymlük oyuncaqlardan ibarət bir komplektini istehsal etdi. 2000-ci ildə oyuncaq istehsalçısı "Palisades Toys" həmin oyuncaqları Şimali Amerikada buraxdı. Daha sonra eyni oyuncaqlar fərqli rənglərdə yenidən istehsal olundu.
2004-cü ilin sentyabrında "Front Mission 4" oyununun buraxılışından sonra "Kotobukiya" "Square Enix" ilə əməkdaşlıq edərək real vanzerlərə bənzəyən üç düymlük qasyaponlardan ibarət "Front Mission Trading Arts" oyuncaq komplektini istehsal etdi. Həmçinin, "Front Mission History" kolleksiyasının öz kiçik oyuncaqları və heykəlcikləri vardır. "Trading Arts" komplekti "Front Mission" və "Front Mission 4" oyunlarından olan vanzerlərdən ibarətdir. Bu komplekt 2005-ci ilin fevral ayında "Front Mission Trading Arts Plus Stage I" adı altında yenidən istehsal edildi. "Front Mission 1st" oyunundan "Scars of the War" oyununa qədər bütün oyunların hərəsindən bir vanzer seçilərək oyuncaqları hazırlanmış və 2006-cı ilin fevralında buraxılmış "Front Mission Trading Arts Plus Stage II" komplektində öz yerlərini almışdırlar. Qlen Duvalın "Stage II" komplektindən olan Kyojun vanzeri "Front Mission 5" üçün əvvəlcədən sifariş edilmiş bir mükafat idi. Yenidən istehsal ediləndə komplektə əsgər yaşılı rəngində və mat və metal rənglərində vanzerlər əlavə edildi. "Square Enix", həmçinin, içində Zenit, Enyo, və Zefir modelləri də olan "Play Arts Kai" komplektinin bir hissəsi kimi "Front Mission Evolved" oyunundan bəzi modellər istehsal etdi.
Kitablar "Front Mission" seriyası müvafiq videooyunlar üçün bir sıra strategiya təlimatları və əlaqəli kitablar hazırlayıb. Seriyadan çıxan diqqətəlayiq kitablar sırasında "Sükut" Front Mission sənəti 1995–2003 adlı art-buk və "Front Mission World Historica: Münaqişələrin hesabatı 1970–2121" adlı məlumat kitabı vardır. "Sükut" art-bukunda Yoşitaka Amano tərəfindən "Front Mission", "Front Mission: Gun Hazard" və "Front Mission First" remeyki üçün çəkilmiş müəyyən konsepti olan sənət əsərləri nümayiş etdirilir. "World Historica" məlumat kitabı "Front Mission Alternative" oyununun əvvəlindən "Front Mission 5: Scars of the War" oyununun sonuna qədər əsas seriyada hadisələrin cərəyan etdiyi kainata aid bütün məlumatları özündə birləşdirir. Məlumat kitabında "Front Mission: Gun Hazard" və "Front Mission Evolved" oyunları haqqında məlumat yoxdur.
Musiqi albomları
Başlıq Çıxış tarixi Uzunluq Etiket Front Mission Original Sound Version 25 fevral 1995 1:08:17 NTT Publishing Front Mission Series: Gun Hazard Original Soundtrack 25 fevral 1996 2:30:25 NTT Publishing Front Mission 2 Original Soundtrack 21 sentyabr 1997 1:15:45 DigiCube Front Mission Alternative Vinyl İyul 1997 35:06 DigiCube Front Mission Alternative Original Soundtrack 21 noyabr 1997 1:12:39 DigiCube Front Mission 3 Original Soundtrack 22 sentyabr 1999 2:30:00 DigiCube Front Mission 1st Special BGM Selection 10 may 2004 18:25 Square Enix Front Mission 4 plus 1st Original Soundtrack 10 may 2004 3:24:24 Square Enix Front Mission 5: Scars of the War Original Soundtrack 25 yanvar 2006 2:43:07 Square Enix Front Mission: Online Original Soundtrack 20 sentyabr 2006 1:13:19 Square Enix Front Mission Evolved Original Soundtrack/Mission 01 to 05 30 sentyabr 2010 23:47 Square Enix
İstinadlar
Xarici keçidlər Square-Enix.com saytında "Front Mission" seriyasının rəsmi səhifəsi
Kateqoriya:Front Mission