VII sülalə — Qədim Misirdə birinci aralıq dövründə hökmranlıq etmiş sülalə.

Ümumi məlumat VII sülalənin mövcudluğu ilə bağlı şübhələr mövcuddur. Manefonun yazılarından başqa heç bir yerdə bu ada rast gəlinmədiyindən bəzi mütəxəssislər bu sülalənin tarixdə mövcud olmadığı fikrini müdafiə edirlər. Ənənəvi olaraq VII sülalənin hakimiyyəti birinci ara dövrə uyğun olduğu qəbul edilir. Manefona görə onlar çox qısa müddət taxtda olmuşlar.

Yeddinci sülalə adətən uydurma hesab olunur və buna görə ya müasir alimlər tərəfindən tamamilə nəzərə alınmır, ya da səkkizinci sülalə ilə birləşdirilir. Buna görə bəzi alimlər VIII sülalə üzvlərinin bir hissəsini yeddinciyə aid edirlər.

Fironlar Fironların VII sülaləyə məxsusluqları mübahisəlidir. Çox vaxt VIII sülaləyə aid edilirlər.

Ad Qeyd <center>Cedkara Şemai<center><center>Adına yalnız Abidosda rast gəlinir.<center><center>Neferkara Xendu<center><center>—<center><center>Merenhor<center><center>—<center><center>Neferkamin<center><center>Taxt adı "Sneferka" Abidos siyahısında aşkar edilmişdir.<center><center>Nikare<center><center>—<center><center>Neferkara Tereru<center><center>Abidos siyahısında adının nömrəsi 49-dur.<center><center>Neferkahor<center><center>—<center><center>Neferkara Pepiseneb<center><center>Turin siyahısında ona ən azı bir il hökmdarlıq müddəti verilir.<center><center>Neferkamin Anu<center><center>—<center>

İstinadlar Kateqoriya:Qədim Misir tarixi Kateqoriya:Qədim Misir