Konak məscidi () və ya Yalı məscidi — İzmirin Konak ilçəsində, Konak Meydanında, hökumət sarayı qarşısında yerləşən məscid. 18-ci əsrdə klassik Osmanlı memarlığı üslubunda tikilmiş firuzəyi plitələrlə bəzədilmiş məscid Konak Meydanı ilə eyniləşdirilmiş bir tikilidir. Məscidin yanında İzmir saat Qülləsi və 15 may 1919-cu ildə Yunanlar tərəfindən şəhid olan Həsən Təhsin üçün qurulan "İlk kuşun" abidəsi yerləşir.
Tarixi Məscidin hansı tarixdə, kim tərəfindən tikildiyi barədə dəqiq bir məlumat yoxdur. Tikildiyi dövrdə dəniz kənarında yerləşdiyinə görə "Yalı" adını aldığı deyilir. Bəzi mənbələrdə məscidin tikinti tarixi 1755-ci il olaraq verilmişdir.Nihat Aytürk ile Bayram Altan'ın birlikte hazırladıkları "Türkiye'de Dini Ziyaret Yerleri" kitabında caminin yapım tarihi 1755 olarak verilmiştir Bəzi mənbələrdə isəCaminin 1774’te Katipzade Mehmet Paşa’nın eşi Ayşe Hanım tarafından yaptırıldığı düşüncesi Hakkı Gültekin’in "İzmir tarihi" kitabında kaynak göstermeden yer alan bilgiye dayanır məscidin 1774-cü ildə İzmir ayanı Katipzade Mehmet Paşanın həyat yoldaşı Ayşe Xanımın yanında bir mədrəsə ilə birlikdə inşa etdiyi bildirilir.Konak Belediyesi web sitesi, Tarihi yerler:Konak (Yalı) Camii, Erişim tarihi:28.01.2012 Katipzadeler ailəsinin əcnəbilərlə də yaxın əlaqələri olduğu bilindiyindən "İngilis Ayşe Məscidi" olaraq da tanınır. Məscidin yanında yerləşdiyi düşünülən mədrəsə isəgünümüzə gəlib çatmamışdır.
Birinci Dünya müharibəsi illərində Vali Rəhmi bəyin məscidi təmir etdiyi bilinir. Giriş qapısının üzərində bu təmirə aid bir yazı yerləşir. Qapı üzərindəki mərmər bəzəklərin Memar Tahsin Sermet tərəfindən inşa edilən İzmir Milli Kitabxanası və İzmir Milli Teatrındakı bəzəklər ilə oxşarlığına görə təmirin Memar Tahsin tərəfindən edildiyi güman edilir.
Məscid 1964-cü ildə bir daha təmir edildi. Bu təmir zamanı məscidin fasadındakı Kütahya çinilərinin əksəriyyəti söküldü və yalnız pəncərə və qapı ətrafındakılar qaldı. Son dəyişiklərdən əvvəl tamamilə Kütahya çiniləri ilə örtülü olan binanın xarici görünüşü, bu gün pəncərə ətrafı və frontonları XIX əsrin ən yaxşı Kütahya çiniləri ilə bəzədilmişdir. Çinilərin imzası Hafiz Mehmed Emin Əfəndiyə aiddir.
Memarlıq Klassik Osmanlı memarlığı üslubunda tikilən məscid səkkizbucaqlı planlıdır. Pəncərələrin ətrafını bəzəyən çinilər göz oxşayır. Tikilinin inşasında daş və kərpic birlikdə istifadə edilmişdir. Məscidin içərisi çinilərlə bəzədilib. Kəsilmiş daş əsas üzərində tək balkonlu, dairəvi gövdəli minarə var.
Məscidin çılçırağı keramika sənətçisi Ümran Baradanın əsəridir.
Qalereya
Həmçinin bax İslam memarlığı Osmanlı memarlığı
İstinadlar
Kateqoriya:İzmir məscidləri Kateqoriya:Konak ilçəsi Kateqoriya:Günbəzli məscidlər