Bistrişko Branişte () — Bolqarıstanda təbiət qoruğudur. Qoruğun sahəsi 1061.6 hektar, hündürlüyü isə 1430-2277 metr arasındadır.
Qoruq 1934-cü ildə, tərkibində olduğu Vitoşa Təbiət Parkı ilə birlikdə yaradılmışdır. 1977-ci ildən Bistrişko Branişte UNESCO-nun İnsan və Biosfer (MAB) Proqramı çərçivəsində TƏBİƏT qoruğu olmuşdur.
Ərazinin 50%-dən çoxu orta hesabla 100-120 yaşlı meşə (əsasən küknar) ilə örtülüdür. Qoruqda daha böyük heyvanlar arasına maral, qaban, canavar və ayı daxildir.
Bistrişko Branişte qoruğun şimal-qərb sərhəddində yerləşən qonşu Aleko ərazisindən çox sayda turisti cəlb edir. Ziyarətçilərin Aleko, Bistritsa kəndi, Çerni Vrah və Jeleznitsa kəndini birləşdirən bir neçə təyin olunmuş yoldan uzaqlaşmasına icazə verilmir.
Mənbə
BG Globe: Bistrishko Branishte Virgin Forests of Bulgaria Vitosha Nature Park. Website. Climbing Guide: Vitosha Vitosha Map.
İstinadlar
Kateqoriya:1934-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Bolqarıstan qoruqları Kateqoriya:Bolqarıstan biosfer qoruqları