Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur () — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır. Hovanes Kacaznuni Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb. Kacaznuni baş nazir olaraq,1919-cu ilin avqust ayına qədər vəzifəsini davam etdirmişdir. Bolşeviklərə qarşı mübarizə aparan Kaçaznuni Sovet imperiyasını qəbul etmirdi. Ona görə də 1921-ci ildə ölkəni tərk edib, ancaq bir neçə il sonra SSRİ-yə qayıdıb və 1937-ci ildə repressiya qurbanı olub. 1938-ci ilə,yəni ömrünün sonuna kimi memar işləyib. Kaçaznuni 1938-ci ildə həbsxanada dünyasını dəyişib. Bu gün ermənilərin böyük bir hissəsi onu bəyənmir. Bu da səbəbsiz deyil.
thumb|200px|left|Ermənistan Respublikasının birinci baş naziri Hovanes Kacaznuni Elmi məqalələrin,xatirələrin,hekayələrin müəllifidir. 1923-cü ildə "Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur" kitabını nəşr etdirdi, kitab həmfikir müəlliflər tərəfindən rədd edildi, Sovet Ermənistanında isə sonradan sözdə bir təzahür olaraq qiymətləndirildi.Энциклопедия Фонда «Хайазг»
Məruzənin dərc edilməsi Kaçaznuni bu konfrans hesabatını keçmiş dövrü tənqid edərək qələmə alıb. Bu özünütənqid, əslində bir etirafdır. Kaçaznuni çəkilən əziyyətlərdə Daşnaksütyun partiyasının məsul olduğunu vicdanla və səmimiyyətlə etiraf edir. Məruzənin sonunda Daşnaksütyunun dağıdılması və siyasi arenadan çəkilməsini müdafiə edir. Onun son cümlələri təəccüblüdür,"Bəli intihar etməyi təklif edirəm, partiya özünü ləğv etməlidir."
Kaçaznuni dərhal həmin ilin hesabatını kitab şəklində nəşr etdirir. Yenidən irəli sürdüyü mövzu intihar təklifini bir daha vurğulayır: "Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur."
Məruzəni kitab halına gətirərkən Kaçaznuni partiyanın daxili fəaliyyətinə dair bəzi konkret təkliflərin olduğu üç-dörd səhifəni çıxarmışdır. Kitabda əlavə olaraq,hesabatı öz məktubu ilə tənqid edən partiyadan olan dostuna olan cavabıda yer alıb.
Erməni dilində nəşr olunan kitab, dörd il sonra,1927-ci ildə rus dilinə tərcümə edildi və "ibrəti aləm" olması məqsədi ilə Tiflisdə 2 min nüsxə çap edildi. Rusiyadakı nəşrinə bir ön söz də əlavə edildi. Kitabın ingilis dilində nəşri 1955-ci ildə “The Armenian Revolutionary Federation (Dashnaksoution) Has Nothing To Do Any More" başlığı ilə "Armenian Information Service" (Erməni Kəşfiyyat Xidməti) tərəfindən Nyu-Yorkda nəşr olunur. Ancaq bu İngilis nəşrində kitabın hamısı yoxdur. Kitab bu gün Nyu-York Mərkəzi Kitabxanasında kitab hələ də saxlanılır.
Maraqlısı odur ki, kitabın məzmununa baxınca təbii qarşılanacaq hadisə budur: "Ermənistanda ilk erməni baş nazirinin bu tarixi məruzəsi qadağan edilmişdir." Nəşrin Avropadakı kitabxanalardan daşnaklar tərəfindən toplandığı da məlumdur. Müxtəlif dillərdə nəşr olunan kitabın nəşrləri Avropa kitabxanalarından toplanmışdır.Kitabın kataloqlarda bir adı var, ancaq rəflərdə tapılmır.
2000-ci illərin əvvəllərində isə İstanbul Universitetinin əməkdaşı Mehmet Perincəkin kitabı Moskvadakı Lenin kitabxanasından tapır. Kitab 2006-cı ildə türk dilinə nəşr edilir və cəmiyyətdə böyük əks-səda doğurur.
Türkiyədəki araşdırmalar thumb|right|"Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur" kitabının türk dilinə tərcüməsi Kacaznuninin Türkiyədəki hesabatının 2006-cı ilə qədər qiymətləndirilməməsi bir mənada təəccüblüdür;digər mənada da normal hesab edilə bilər. Çünki Türkiyə və Türk araşdırmaçıları, tezislərini, İmperializmə qarşı mübarizə zəmininə, Türkiyə İstiqlaliyyət müharibəsinin haqlılığı kimi, ədaləti kimi əsasa qoymadılar. Hərçənd professor hesabatı təqdim edən Türkkaya Ataövün ingiliscə məqaləsi,fransız, alman və ispan dillərində tərcümələri ilə 1985-ci ildə nəşr olundu.
Ancaq bu hesabatın əhəmiyyəti həm elmi,həm də tədqiqat dairələrində və Xarici İşlər Nazirliyi tərəfindən anlaşılmamış və qiymətləndirilməmişdir. Kaçaznuninin hesabatı türk dilinə tərcümə edilməmiş,bildiyimiz qədəri ilə,hesabatda dəyərli bir türkcə araşdırma da olmamışdı. Buna şübhə yoxdur ki,bu məsələdə Türkiyədəki səlahiyyətlilər və tədqiqatçıların,rus və erməni arxivlərindən,uzaq durmaq meyilləri,rus mənbələrini bolşevizmə yoluxma kimi, qiymətləndirmək anlayışı ilk növbədə təsirli idi. Rəsmi türk tezislərini Qərb imperializminə bəyəndirmə narahatlığının müəyyənedici olduğu da aydın olur.
Kacaznuninin hesabatını Türkiyə ictimaiyyətinə ilk tanıtan Aydınlıq jurnalının 2 oktyabr 2005-ci ildə yayımlanan nəşrləri oldu. Hesabatın Rusiya nəşrinə əsaslanan bu nəşrlərdə, geniş türk xülasəsi verildi və dəyərləndirildi.
Türk tarixçi Mehmet Perincək qeyd edir:
Daşnak arxivində Kaçaznuni təsdiqləyən digər sənədlər Kaçaznuni öz hesabatındakı tapıntılar daşnak arxivindəki digər sənədləri təsdiqləyir. Bəziləri Ermənistanın dövlət arxivlərində gizlədilən daşnak sənədlərində soyqırım yalanını Kaçaznuni kimi təəccüblü bir şəkildə ortaya qoyur. Şəxsən daşnakların, Çar Rusiyası və Qərb imperializmi tərəfindən Türkiyəyə qarşı necə istifadə edildiyi,işğal zamanı erməni vəhşiliklərini və Türkiyə ordusunun onlara qarşı apardığı ədalətli müharibəni sübut etmək kifayətdir.
Çar ordularında Türkiyəyə qarşı savaş İmperialist mərkəzlər 1915-1923-cü illər arasında Osmanlı dövləti və Mustafa Kamal rəhbərliyini ermənilərə qarşı qətliam və soyqırım törədilməsində ittiham edirlər. Yalnız bu səkkiz ili əhatə edən Türkiyə İstiqlaliyyət müharibəsi, əslində daşnak qüvvələrinin Çar Rusiyası,İngiltərə və Fransa ordularının sərəncamında Türkiyəyə qarşı müharibə illəridir. Bu tarixi hadisə minlərlə daşnak sənədində öz əksini tapmışdır.
Bir neçə örnək verək. Daşnaklar tərəfindən idarə olunan Erməni Milli Bürosu Birinci Dünya müharibəsinin əvvəlində çar II Nikolaya göndərdiyi sənəd daşnak rəhbərliyinin imperializmə necə etibar etdiyini göstərir:
Daşnaksütyun partiyası Xarici İşlər İdarəsinin rəhbəri Zavriyevin 1915-ci ildə Çar Rusiyasının London və Parisdəki səfirlərinə göndərdiyi məktubda ermənilərin Birinci Dünya müharibəsində oynadığı rolu açıqlanır:
Çar hökumətinin arxivinə daxil olan bu məktubun məzmununu dəstəkləyən başqa bir daşnak sənədi siyasətçi və tarixçi Boryanın şəxsi arxivindədir. Daşnaksütyun partiyasının hərbi kanal nümayəndəsinin 1915-ci ilin fevralında Tiflisdə keçirilən Ümumerməni Milli Konqresindəki nitqini özündə əks etdirən sənəd diqqəti çəkir:
Daşnak nəşrləri ön və arxa cəbhədəd anarxiya yaratdıqlarını və rus ordularının vuruşan qüvvəsi olaraq döyüşdüklərini qəbul edən sənədlərlə doludur. Daşnaksütyunun mətbu orqanı Orizon qəzetinin 1912-ci il tarixli 196-cı sayında yazılır:
Orizonun 31 oktyabr 1914-cü il tarixli 243-cü sayında ermənilərin müharibədə fəal iştirak etdiyi bir vaxtda Çar Rusiyasının qələbəsi ermənilərin də qələbəsi olacağı bildirilir.
Eynilə, daşnakların başqa bir mətbu orqanı olan Ayrenikin 24 sentyabr 1915-ci il tarixində,Tiflisə yeni gələnÇar Rusiyasının Qafqaz valisi Nikolay Nikolayeviç üçün yazdıqlarına baxın:
15 aprel 1915-ci ildə, Eçmiədzində ,rus zabitlərinində qatıldlğı Vardanın komandanlığı altında olan könüllü dəstənində iştirakı ilə olan ziyafətdə,ilk qədəh ali Rusiya və onun qəhrəman ordusunun şərəfinə qaldırıldı. Bütün erməni katolikosları təntənəli duaları oxuduqdan sonra rus ordularına minnətdar olduqlarını və erməni torpaqlarını əcnəbilərin hökmranlığından azad etməyə hazır olduqlarını bildirdilər.
Eyni şəkildə,ümumerməni katolikosu V.Georg,Vanın işğalından sonra Çar Rusiyasının Qafqaz valisi Vorontsov-Daşkova və Qafqaz Ordularının 4-cü komandiri P. İ.Oganovskiyə göndərilən təbrik teleqramlarında rus qoşunlarının yeni qələbələri üçün dualar etdiyini bildirdi.
Daşnakların önəmli liderlərindən olan A. Hatisyan 1933-cü ildə Ayrenik qəzetinin 5-ci nömrəsində dərc edilmiş xatirələrində “Rusiya ordusunun məğlub olmasının başlaması ilə bu orduya olan ümidlərimizin də tükəndiyini” bildirdi.
İngilis və Fransız ordularının əmrində Türkiyəyə qarşı savaş Çar Rusiyasının süqutundan sonra daşnaklar bu dəfə Qərb imperialistlərinə sığınmışlar və Birləşmiş Krallıq,Fransa,ABŞ kimi dövlətlərin bölgədəki maraqları üçün Türkiyə qarşı vuruşdular. 7 fevral 1919-cu ildə Daşnak hökumətinin başçısı Kaçaznuni, İngilis işğalçı qüvvələrinin komandanı general F.Voker ilə görüşdə,Antanta dövlətlərinin qələbəsi və onların Qafqaza gəlişi ilə vəziyyətin yaxşıya dəyişəcəyinə tam əmin olduqlarını bildirmişdir.Ermənistan SSR Daxili İşlər Nazirliyi Mərkəzi Dövlət Arxivi (TsAOR MVD SSRA) f. 114. d. 2.3, y. 48'den aktaran: D. Yenukidze, Krah İmperialistiçeskoy İnterventsii V Zakavkazve, Gospolizdat Gürcüstan SSR, Tbilisi, 1954, s. 188.
Eynilə,Ermənistan Dövlət Arxivindəki başqa bir sənəddə Adanadakı ermənilərin fransız işğalçı qüvvələri general Diffenin komandanlığı altında "qisas qoşunları" adı altında silahlandıqları və fransız geyimində döyüşdükləri verilmişdir.Ermenistan SSR Dövlət Tarix Arxivi (GİA Arm. SSR) f. 200, d. i 32, y. 338'den aktaran: N.Z.Efendiyeva, Borba Turetskogo Naroda Protiv Frantsuzkih Okkupantov Na Yuge Anatolii (1919-1921 gg.) İzdatelsvo AN Azərbaycan SSR, Bakı, 1966, s. 116.
İngilis və Fransız imperializminə itaət,Yunan işğalına bel bağlamağı da özü ilə gətirmişdir. Daşnak hökumətinin xarici işlər naziri Tiflisdəki nümayəndəsinə göndərdiyi teleqramda deyir:
Xülasəsi H.Kacaznuni “Daşnaksütyun partiyasının edəcəyi bir şey yox” kitabında yazırdı: “1914-cü ilin payızında, Türkiyənin hələ müharibəyə daxil olmadığı bir vaxtda Cənubi Qafqazda böyük səs-küylə erməni könüllü dəstələri yaradılmağa başlanıldı. Cəmi bir neçə həftə sonra “Daşnaksütyun” partiyası, həm bu dəstələrin yaradılması işinə dəstək verdi, həm də Türkiyəyə qarşı təşkil olunan hərbi əməliyyatlarda fəal şəkildə iştirak etdi.
Biz qeyd-şərtsiz Rusiyaya istiqamətlənmişdik. Hər hansısa bir səbəb yox ikən, zəfərimizi qeyd edirdik. Sədaqətimizin, verilən tapşırıqları yerinə yetirməyimizin və köməklərimizin müqabilində çar hökumətinin Ermənistana müstəqillik bəxş edəcəyini düşünürdük. Öz işimizə başqalarını da qoşduq, heç bir səlahiyyəti olmayan şəxslərin sözlərinə əhəmiyyət verdik. Özümüzü hipnoz etdik və bunun təsiri ilə həqiqəti dərk etmədik, xəyallara qapıldıq.
1915-ci ilin yaz və payız dövründə Türkiyədəki ermənilərin köçürülməsi işi həyata keçirildi. Türklər nə etdiklərini çox gözəl bilirdilər və bu gün qəbul etdikləri heç bir qərara görə peşman olmamalıdırlar. Bu qərar həmin vaxt üçün ən qətiyyətli və ən düzgün seçim idi. Həmin vaxt biz qəzəb və qorxu içində günahkar axtarırdıq. Düşünürdük ki, səbəbkar Rus hökuməti və onun mənfur siyasətidir. Siyasi təcrübəmiz yox idi. Külək bizi gah bu, gah da o yana sovururdu. Dünən Rus hökumətinə etibarımız nə qədər kor-koranə idisə, bugünkü qəzəbimiz də belə kor-koranə və əsassızdır. “Daşnaksütyun” partiyası, bizim məsələmizin rusları maraqlandırmadığını və yeri gələndə bizim cəsədlərimizin üzərindən keçib gedəcəyini unutmuşdu...