Vinton Qrey Serf (; ) – amerikalı internet pioneri və "İnternetin ataları"ndan biri. O, bu adı TCP/IP yaradıcılarından biri olan Robert Elliot Kan ilə paylaşır.(see Interview with Vinton Cerf , from a January 2006 article in Government Computer News), Cerf is willing to call himself one of the internet fathers, citing Bob Kahn and Leonard Kleinrock in particular as being others with whom he should share that title.

O, Milli Texnologiya Medalı,Cerf's curriculum vitae as of February 2001 , attached to a transcript of his testimony that month before the United States House Energy Subcommittee on Telecommunications and the Internet, from ICANN's website Türinq mükafatı,Cerf wins Turing Award February 16, 2005 Prezident Azadlıq medalı,2005 Presidential Medal of Freedom recipients from the White House website Markoni mükafatı və Milli Mühəndislik Akademiyasına üzvlük kimi fəxri dərəcələr və mükafatlar alıb.

Həyatı və karyerası Vinton Qrey Serf 23 iyun 1943-cü ildə Konnektikut ştatının Nyu-Heyven şəhərində anadan olub. Serf Con Postel və Stiv Kroker ilə birlikdə Van Nuys Liseyində təhsil alıb. Orta məktəbdə olarkən Cerf altı ay boyunca Rocketdyne-də Apollo proqramı üzərində işləmiş və F-1 mühərriklərinin dağıdıcı olmayan sınaqları üçün statistik analiz proqramlarının yazılmasına kömək etmişdir.

Serf Stenford Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra Serf iki il IBM-də QUIKTRAN-ı dəstəkləyən sistem mühəndisi kimi çalışıb.

Los-Anceles Kaliforniya Universitetində aspiranturada oxumaq üçün IBM-dən ayrılmış və burada 1970-ci ildə elmlər doktoru, 1972-ci ildə isə fəlsəfə doktoru dərəcəsini qazanmışdır.

Serf professor Cerald Estrinin yanında təhsil alıb və professor Leonard Kleynrokun internetdəki ilk qovşaq (node) olan ARPANET-in ilk iki qovşağını birləşdirən və ARPANET üçün "hostdan hosta protokoluna töhfə verən" məlumat paketi şəbəkəsi qrupunda çalışıb.

UCLA-da olarkən ARPANET sistem arxitekturası üzərində işləyən Bob Kanla tanış oldu. Serf Beynəlxalq Şəbəkə İşçi Qrupuna sədrlik edib. O, Yoqen Dalal və Karl Sanşayn ilə birlikdə 1974-cü ilin dekabrında nəşr olunan "İnternet Ötürülməsinə Nəzarət Proqramının Spesifikasiyası" (RFC 675) adlı ilk TCP protokolunu yazıb.Vinton Cerf, Yogen Dalal, Carl Sunshine, Specification of Internet Transmission Control Program (RFC 675, December 1974)

Serf 1972-ci ildən 1976-cı ilə qədər Stenford Universitetində dosent vəzifəsində çalışıb, burada paket şəbəkələrinin qarşılıqlı əlaqəsi protokolları üzrə tədqiqatlar aparıb və Kan ilə birlikdə DoD TCP/IP protokol paketini tərtib edib.

1973-1982-ci illərdə DARPA-da işləmiş və TCP/IP, paket radio (PRNET), paket peyk (SATNET) və paket təhlükəsizliyi texnologiyasını inkişaf etdirmək üçün müxtəlif qrupları maliyyələşdirmişdir. Bu səylər ordunun ehtiyaclarından qaynaqlanırdı. 1980-ci illərin sonlarında MCI-a keçdi və burada 1989-cu ildə internetə qoşulan ilk kommersiya e-poçt sisteminin (MCI Mail) inkişaf etdirilməsinə kömək etdi. İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Google-da bioqrafiyası Vint Serf ICANN vikisində Dr. Vint Cerf on "Reinventing the Internet" (YouTube). Internet Society. (May 13, 2013)

Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar