Litva Elmlər Akademiyası () və ya LEA — 1941-ci ildə Litva SSR Elmlər Akademiyası () olaraq Litva SSR hökumətinə elmi məsləhət orqanı kimi xidmət edən muxtar, dövlət tərəfindən maliyyələşdirilən bir müəssisə kimi yaradılmışdır. Müəssisənin ilk prezidenti Vintsas Kreve olmuşdur.

Akademiya Litva Respublikasını ALLEA (Bütün Avropa Akademiyaları Federasiyası), ICSU (Beynəlxalq Elm Şurası), EASAC (Avropa Akademiyaları Elmi Məsləhət Şurası) və IAP (İnterAcademy Panel) kimi beynəlxalq təşkilatlarda təmsil edir. Bir neçə elmi müəssisə və fondlar təsis etməklə yanaşı, nəşrlər və dərsliklər buraxır, simpozium və konfranslara sponsorluq edir. Akademiya 15 xatirə mükafatı təsis etmiş və hər il gənc alimlərə 10 mükafat və tələbələrə 15 mükafat təqdim edərək gənc alim və tələbələri tədqiqat işləri ilə məşğul olmağa təşviq edir. 2008-ci ildən bəri Litva Bankı ilə birlikdə Vladas Jurgutis mükafatını verir.

Akademiyanın qərargahı Vilnüsdə yerləşir.

Struktur Litva Elmlər Akademiyası beş şöbədən ibarətdir:

Prof. Domas Kaunasın rəhbərlik etdiyi Humanitar və ictimai elmlər şöbəsi; Prof. Leonas Valkūnasın rəhbərliyi altındakı Kimya, fizika və riyaziyyat şöbəsi; Prof. Vaidutis Kuçinskasın rəhbərlik etdiyi Biologiya, tibb və coğrafi elmlər şöbəsi; Prof. Zenonas Dabkevičiusun rəhbərlik etdiyi Kənd Təsərrüfatı və Meşəçilik Elmləri bölümü; Prof. Gintautas Žintelisin rəhbərliyi altındakı Texniki və mühəndislik elmləri şöbəsi;

Həmçinin bax Litva Elmlər Akademiyasının Kitabxanası

İstinadlar

Xarici keçidlər Rəsmi veb sayt Interacademy Panel on International Issues

Kateqoriya:Milli elmlər akademiyaları Kateqoriya:Litvanın elmi-tədqiqat institutları