Nikita Vladimiroviç Naqornı () — Rusiya gimnastı. Üçqat dünya çempionu(2019), altıqat Avropa çemponu (2015, 2016, 2018, 2019), 2016 Yay Olimpiya Oyunlarının mükafatçısı.Rusiyanın əməkdar idman ustası. Beynəlxalq dərəcəli idman ustası.

Bioqrafiyası 12 fevral 1997-ci ildə Rostov na-Donuda doğulub.

2014-cü ildə yeniyetmələr arasında keçirilən Rusiya çempionatında Nikita çoxnövçülükdə bürünc medal qazandı. Bu ona Avropa Gənclər Çempionatına getməyə imkan verdi.

2015-ci ildə Rusiya çempionatında Nikita Moskva komandasının tərkibində bürünc medal qazandı. Bu nəticələrlə Nikita Monpelye şəhərində keçirilən Avropa çempionatına bilet qazandı. O 15.099 xal toplamaqla qızıl medal qazandı.

29 may 2016-cı ildə Berndə (İsveçrə) 2016 Avropa Çempionatında Nikita Naqornı komanda birinciliyində 15.566 xal toplayaraq Avropa çempionu oldu.

8 Avqust 2016-cı ildə Nikita Naqornı Rusiya komandasının tərkibində komanda birinciliyində Rio-de-Janeyroda keçirilən 2016 Olimpiya Oyunlarının gümüş medalını qazandı.

2018-ci il Avropa Çempionatının komanda çempionatında qızıl medal qazandı. Elə həmin il DÇ-2018-də Nikita Naqornıy komanda çempionatında gümüş mükafatçı oldu, həm də çoxnövçülükdə üçüncü yeri tutdu.

2019-cu il Avropa çempionatında Nikita mütləq dünya çempion - Artur Dalaloyanı qabaqlayaraq birinci oldu. Paralel qollarda birinci oldu.

Rusiya Qvardiyasının əsgəridir. "Kiçik leytenant" hərbi rütbəsi var (2016).

İstinadlar

Kateqoriya:Rusiya idmançıları Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:2020 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2020 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya gümüş medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın olimpiya gimnastları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Gimnastika üzrə dünya çempionları Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar