Sandra Baqariç (; ) — Xorvatiya opera müğənnisi və aktrisası.
Həyatı Zenitsa şəhərində (hazırda Bosniya və Herseqovinanın ərazisində yerləşir) anadan olmuşdur. Orada musiqi məktəbini bitirmişdir və sonra Sarayevoda təhsil almağa davam etdi, lakin Bosniya müharibəsi başladıqdan sonra 1992-ci ildə Zaqreb şəhərinə köçdü və orada musiqi akademiyasında oxudu. Lilyana Molnar-Talaiç onun müəllimi idi. "Madam Trubadur", "Qrafinya Maritsa", "Yarasa", "Bokkaççio" və "Oxuyan yanlış fikirləşmir" operalarında ariyaların ifası ilə tanınır. "Sonati od sna", "Teatar marmelade" və "Adagio" adlı üç disk buraxmışdır.
2007-ci ildə Sandra Baqariç, Helsinkidə Avroviziya üçün Xorvatiya təmsilçisini təyin edən "Dora 2007" musiqi festivalında "Kraljevi Ulice" qrupu ilə "Pjesma za novčić" mahnısı ilə çıxış etdi və 2-ci yeri tutdu.
Evlidir, əri pianoçu və Zaqreb Musiqi Akademiyasının professoru Darko Domitroviçdir.Sandra Bagarić: U Pagu sam zaprosila svog supruga Marko və Lovro adlı oğulları var.Sandra Bagarić otvoreno i iskreno: Lijepo je što sam žena zato što mogu doživjeti višestruke orgazme
Filmoqrafiya
Televiziya İlFilmRoluQeyd2002Vəd olunmuş torpaq2007Kiçik klinikamız"Sve crno" epizodu2008Qadağan eşqEleanor Şariç15 epizodda çəkilmişdir2015-2016Sadəcə danışDubravka Yakşiç
Dublyaj İlFilmRoluQeyd2013Oz ölkəsindən olan DorotiÇin şahzadəsiXorvat dublyajı2017Gözəl və bədheybətMadam de QarderobXorvat dublyajı
İstinadlar
Kateqoriya:Zenitsada doğulanlar