Rafiq Novruzov (tam adı: Rafiq Manaf oğlu Novruzov; ) — filoloq, ədəbiyyatşünas, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru

Həyatı

Novruzov Rafiq Manaf oğlu 1 mart 1952-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1970-1975).

Ailəsi Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Manaf Novruzovun oğludur. Ailəlidir. İki övladı var.

Təhsili Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. 1981-ci ildə M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun əyani aspiranturasını bitirmiş, 1983-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir, 1992-ci ildən professordur.

Fəaliyyəti

Əmək fəaliyyəti Əmək fəaliyyətini M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda başlamış (1976) və fakültə dekanı (1990-1993), tədris işləri üzrə prorektor (1993-2000), rektor əvəzi (1997-2000), kafedra müdiri (2002-2010) vəzifələrində çalışmışdır. 2010-2012-cı illərdə M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetin nəzdində BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mudiri, 2012-2014-cü illərdə Kiyev Milli Linqvistik Universitetində BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mudiri, Yaxın və Orta Şərq dilləri kafedrasının professoru vəzifələrində çalışmışdır. 2014-2015-ci illərdə BSU-nun Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri işləmişdir. 2015-ci ildən bu günə kimi BSU-nun elmi işləri üzrə prorektorudur.

Elmi fəaliyyəti

1993-ci ildən Pedaqoji və Sosial Elmləri Akademiyyasının (RF), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (2020), Avropa Təbiət Elmləri Akademiyasının (2020) akademikidir. 2000-ci ildən rus ədəbiyyatı tarixi kafedrasının professorudur. Rus ədəbiyyatına, Azərbaycan-rus ədəbi əlaqələrinə və tərcümə problemlərinə dair tədqiqatların, o cümlədən, 35 monoqrafiya, dərs vəsaitlərin, lüğət və danışıq kitabçalarının müəllifidir. 15 filologiya üzrə fəlsəfə doktoru və bir filologiya üzrə elmlər doktoru yetişdirmişdir.

Çap olunmuş kitabların sırasında:

Художественный перевод и проблема взаимодействия, взаимообогащения литератур. – Баку, 1990. – 342s. Пути взаимообогащения. – Баку, 1994. -156 s. Аксиоматические выражения: вопросы типологии и перевода (в соавторстве). – Баку, 1996 История авторского перевода в Азербайджане. – Баку, 1998 İslami dəyərlər L.N.Tolstoyun baxışlarında. - Bakı, 2007. – 98s. Проблема перевода сакральных текстов (“Sakral mətnlərin tərcümə problemi). Almaniya: – LAMP LABERT AKADEMIK PUBLISHINQ GmbH & Co. KG. , 2011– 143p.; Возвращение забытого Пророка (Unudulmuş Peyğənbərin qayıdışı). Almaniya: – LAMP LABERT AKADEMIK PUBLISHINQ GmbH & Co. KG. , 2012. - 157 Палитра зпадно-восточного синтеза (Qərb-şərq sintezin palitrası). – Almaniya: LAMP LABERT AKADEMIK PUBLISHINQ GmbH & Co. KG. , 2012. – 233. Философия зороастризма (Zərdüştliyin fəlsəfəsi). Avstriya: “East West” Association for Studies and Higher Education GmbH. Vienna, 2015. - 191.   Azərbaycan dili ukraynalılar üçün (dərs vəsaiti) (həmmüəlliflərlə birgə). – Kiev, 2014. – 246 s Azərbaycanca-çexcə və çexcə-azərbaycanca danışıq kitabçası (dərs vəsaiti). – Brno, 2019. – 153 s.

Təltif və mükafatları 1999-cu ildə Rusiya Federasiyasının A.S.Puşkin adına medalı ilə təltif olunmuşdur. 2 iyun 2020 ildə Avropa Təbiət Elmləri Akademiyasının, Avropa Universiteti və Avropa Elmi Cəmiyyətinin birgə qərarı ilə “Avropanın Fəxri Alimi” Beynəlxalq Diplomu ilə təltif edilmişdir. 2020-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının tərəfindən Beynəlxalq Qızıl Ulduz medalı, Avropa Təbiət Elmləri Akademiyasıının, Avropa Universiteti və Avropa Elmi Cəmiyyəti tərəfindən Leybnis medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 2006-cı il 13 dekabr tarixli  11/1299 nömrəli əmri ilə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr 521 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri Kateqoriya:Azərbaycan professorları